Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Mariya Stadnik həyat yoldaşını "işdən azad etdi"
Qadın güləşi üzrə 2 qat dünya və 8 qat Avropa çempionu Mariya Stadnik şəxsi məşqçisini dəyişib.
Sportfm.az xəbər verir ki, bu barədə "Report"a milli komandanın baş məşqçisi Aslan Ağayev məlumat verib. Onun sözlərinə görə, yeni şəxsi məşqçi Orxan Məmmədovdur.
Əvvəllər isə Mariya Stadnik həm də əri olan Andrey Stadnikin rəhbərliyi altında çalışıb. O.Məmmədov isə Azərbaycan Güləş Federasiyasının baş katibidir.
Qeyd edək ki, Mariya Stadnik 8-ci dəfə Avropa çempionu olduqdan sonra "Report"a müsahibəsində bir ara ümumiyyətlə güləşmək istəmədiyini bildirib. Lakin o, konkret səbəb açıqlamayıb.

Oxşar xəbərlər
Mariya Stadnikə ağır itki
Stadnik yarımfinalda - Olimpiya Təsnifat turniri
Mariya Stadnik Bakıya qayıtdı - Milli ilə məşqlərə başladı
Mariya Stadnik Azərbaycanla bağlı paylaşım etdi
Mariya Stadnik Klippan turnirində gümüş medal qazandı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası