reklam
Şeydayevin əsas heyətə düşmək ümidlərinin üstündən xətt çəkildi...
Sportfm.az xəbər saytı

Şeydayevin əsas heyətə düşmək ümidlərinin üstündən xətt çəkildi...


Türk futbolçu Ramil Şeydayevin əsas heyətə düşmək ümidlərinin üstündən birdəfəlik xətt çəkdi. 
Sportfm.az xəbər verir ki, söhbət dünən səfərdə "Bursaspor”la keçirilən görüşdə iki qol vuran 19 yaşlı Yusuf Yazıcıdan gedir. Fasliə dönəmində təlim-məşq toplanışında özünü yaxşı tərəfdən göstərən Yusuf Ərsun Yanalın etimadını doğruldub. Türkiyə Super Liqasının 17-ci turu çərçivəsində baş tutan qarşılaşmada start heyətində meydana çıxan Yusuf ilk qolun müəllifi olub. Bununla da, qış transfer pəncərəsi zamanı xeyli sayda oyunçu transfer edən Trabzon təmsilçisində çıxış edən yığmamızın üzvü Ramil Şeydayevin heyətə düşməsinin üzərindən xətt çəkmək olar. Onsuzda özünü yaxşı tərəfdən göstərməyən Ramil Yanalın güvəndiyi isimlərdən deyildi. 
Qeyd edək ki, yığmamızın digər forvardı Dəniz Yılmaz "Bursaspor”un heyətində 90 dəqiqə meydanda olub. 
Türkiyə Super Liqası, 17-ci tur
"Bursaspor” – "Trabzonspor” 1:2 (Kubilay Kanatsızkuş, 40.dəq; Yusuf Yazıcı, 12.dəq, Uğur Demirok, 28.dəq)

Oxşar xəbərlər

Türk futbolçu tarix yazdı
20 saniyəyə kəşf edilən ulduz...
Sərdar Şeydayevin komanda yoldaşı oldu
Ramil Şeydayev start heyətində - FOTO
Şeydayevin "Qalatasaray"a qarşı debütü baş tutmadı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər