reklam
20 saniyəyə kəşf edilən ulduz...
Sportfm.az xəbər saytı

20 saniyəyə kəşf edilən ulduz...


Azərbaycanda Türkiyə futbolunu yaxından izləyən çox sayda futbolsevər var.
Sportfm.az xəbər verir ki, yığmamızın üzvü Ramil Şeydayevin Türkiyə Super Liqasının iddialı klublarından biri olan "Trabzonspor”a transferindən sonra qardaş ölkənin çempionatına maraq daha da artdı. Ancaq Trabzonda ümidləri doğrultmayan Şeydayev Ersun Yanalın etimadını qazana bilmədi. Əvəzində, Ramildən bir yaş kiçik olan Yusuf Yazıcı komandanın əsas heyət üzvünə çevrildi. Meydana çıxdığı 8 matçda 4 dəfə fərqlənən gənc futbolçunu mövsümün kəşfi adlandırmaq olar. Bu istedadlı oyunçunun "Trabzonspor”a gəlişinin qəribə tarixçəsi bar. Belə ki, Trabzon vilayətinin Çaykara qəsəbəsində dünyaya gələn Yusuf 8 yaşında "Trabzonspor”un akademiyasında oyunçu seçimlərinə qatılıb. Yusuf, məşqçi Salih Tekke tərəfindən meydanda daxil olduqdan 20 saniyə sonra vurduğu qolun ardından komandaya götürülüb. Hətta bu qərara görə, məşqçini qınayanlar belə olub. Ancaq indi görürük ki, Tekke yanılmayıb. Hazırda Yusufun Fatih Terim tərəfindən Türkiyə millisinə dəvət ediləcəyi gözlənilir.  

Oxşar xəbərlər

Şeydayevin əsas heyətə düşmək ümidlərinin üstündən xətt çəkildi...
Daha bir futbolçumuz Portuqaliyaya yollanır
Şeydayev etimadı doğrutmadı, komandası qalib gəldi - FOTO
Şeydayevin "Qalatasaray"a qarşı debütü baş tutmadı
Şeydayevə bu dəfə də güvənmədilər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər