Azarkeşlərdən "Neftçi" rəhbərliyinə xəbərdarlıq -"Biz başqa formada söhbət edəcəyik”
Azərbaycan Premyer Liqasının 24-cü turunda “Neftçi”nin “Sabah”la oyundakı (2:2) çıxışı azarkeşlərinin narazılığına səbəb olub.
Sportfm.az xəbər verir ki, “ağ-qaralar”ın ən böyük azarkeş qrupu olan “Forza Neftçi” öz feysbuk səhifəsində bu barədə paylaşım edib. Fanatlar klub rəhbərliyindən çempionluq tələb ediblər:
“Bu oyunla çempionluqdan danışmaq bizim üçün belə ayıbdır. O keçəl yan xətt hakiminin "dolya"sını niyə çatdırmadınız?
Keysuke Hondanı reklam üçün gətirmisinizsə, geriyə yola sala bilərsiniz. Talisson Diaz, Stiven Monroz, Anton Krivotsyuk öz oyunları ilə bizim formaya layiq futbolçular deyillər. Deyəsən, ölkədə karantindir deyə Kamran bəy (“Neftçi”nin prezidenti Kamran Quliyev-red.) yenə rahatlaşıb. Biz tribunaya gələ bilmiriksə, o demək deyil ki, sözümüzü çatdıra bilməyəcəyik. Mövsümün sonunda çempionluq gəlməsə, yenə üz-üzə gələcəyik.
Bu da burda qalsın. Ya bu oyunlardan sonra nəticə çıxardın, ya da biz başqa formada söhbət edəcəyik”.
Xatırladaq ki, “Neftçi” “Sabah”la matçda bərabərə qalaraq növbəti xal itkisi ilə üzləşib. Rəqibin 3 futbolçusunun qırmzı vərəqə almasına baxmayaraq, Samir Abasovun komandası qələbə qazana bilməyib. Bununla da paytaxt təmsilçisinin lider "Qarabağ"la xal fərqi 3-ə çatıb.
Oxşar xəbərlər
"Neftçi"nin 4 futbolçusu rəmzi heyətdə - FOTO
14-cü turunun rəmzi komandası müəyyənləşdi
"Forza Neftçi" "Qarabağ"la oyunda tribunada olmayacaq! - Boykota davam
Premyer Liqa: III turun rəmzi komandası açıqlandı
"Neftçi" rəhbərliyi azarkeşləri stadiondan uzaqlaşdırdı - Polisə göstəriş verərək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası