reklam
Superliqa klubları cəzalandırılacaq -
Sportfm.az xəbər saytı

Superliqa klubları cəzalandırılacaq -UEFA-dan açıqlama


Avropa Super Liqasına daxil olmuş futbol klubları sanksiyalarla üzləşəcəklər.

Sportfm.az xəbər verir ki, bu barədə UEFA prezidenti Aleksander Çeferin "Daily Mail"ə açıqlamasında bildirib.

Sloveniyalı funksioner bildirib ki, hamı etdiyinin qarşılığında məsuliyyət daşımalıdır: "Biz heç nə baş verməyibmiş kimi görüntü yaradan deyilik. Onların bütün problemləri etdikləri hərəkətlərin nəticəsidir".

Qeyd edək ki, Avropa Super Liqası layihəsi özündə qitənin 20 ən yaxşı komandasının oynayacağı vahid liqanı nəzərdə tutub. Superliqada iştiraklarını İngiltərənin "Mançester Yunayted", "Mançester Siti", "Liverpul", "Arsenal", "Çelsi" və "Tottenhem", İspaniyanın "Real Madrid", "Barselona" və "Atletiko", İtaliyanın "Yuventus", "Milan" və "İnter" klubları təsdiqləyib. Lakin futbol federasiyaları və milli assosiasiyaların bir sıra çağırışları, habelə UEFA və FIFA-nın sanksiya hədələrindən sonra klublar bir-birinin ardınca turnirdən imtina etməyə başlayıblar.

Oxşar xəbərlər

“Real”, “Barselona” və “Yuventus”un planı - Avropa Liqası
"Super Liqa layihəsinin ləğvi ilin ən böyük zəfərdir" - Aleksander Çeferin
Avropa Super Liqasına qoşulan klublar cəzalanmadı - AÇIQLAMA
"İnter" və "Atletiko" Superliqanı tərk etdi - RƏSMİ
Klublar səhvlərini etiraf etdi - UEFA bağışladı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər