Avropa Super Liqasına qoşulan klublar cəzalanmadı -AÇIQLAMA
UEFA Avropa Super Liqasında iştirak etmək istəyən 12 klubdan 9-u -"Mançester Yunayted", "Mançester Siti", "Liverpul", "Arsenal", "Çelsi", "Tottenhem" (hamısı İngiltərə), "Atletiko" (İspaniya), "Milan" və "İnter" (hər ikisi İtaliya) ilə bağlı qərarını açıqlayıb.
Sportfm.az xəbər verir ki, sözügedən komandalara qarşı heç bir sanksiya tətbiq olunmayıb.
Buna həmin klubların səhvlərini başa düşməsi və futbol ictimaiyyətindən üzr istəməsi səbəb olub.
Amma bu kollektivlərin qarşısına müəyyən tələblər qoyulub. Onlar Avropada uşaq futbolunun inkişafına 15 milyon avro ianə etməlidir. Həmçinin klubların avrokuboklarda bir mövsüm ərzində əldə edəcəkləri gəlirin 5 faizi tutulacaq və yenidən bölüşdürüləcək.
Qeyd edək ki, Avropa Super Liqası layihəsi özündə qitənin 20 ən yaxşı komandasının oynayacağı vahid liqanı nəzərdə tutub.
Oxşar xəbərlər
“Real”, “Barselona” və “Yuventus”un planı - Avropa Liqası
UEFA sanksiyaları ləğv etdi - “Real”, “Barselona” və “Yuventus” cəzalanmayacaq
Superliqa klubları cəzalandırılacaq - UEFA-dan açıqlama
Avropa Super Liqasında son iki klub
Klublar səhvlərini etiraf etdi - UEFA bağışladı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu gün yarımfinalçılar müəyyənləşir - Konfrans Liqası
-
Nəriman oynadı, komandası qələbə qazandı
-
"Sabah" - "Qarabağ" matçına 3000-dən çox bilet satıldı
-
"Qarabağ" - "Sabah" oyununun hakimləri açıqlandı - Premyer Liqa
-
Bu gün yarımfinalçılar məlum olacaq - Avropa Liqası
-
“İran millisi dünya çempionatına gələcək” Canni İnfantino















Misli Premyer Liqası