Superliqanı tərk edənlər 150 milyon ödəyəcək -Müqavilənin detalları
Avropa Superliqasında iştirak edən klubların imzaladığı müqavilənin detalları məlum olub.
Sportfm.az "Daily Mail"ə istinadən xəbər verir ki, layihədə iştirakdan imtina edən komandalar 150 milyon avro cərimə ödəməlidir.
Müqavilədə Superliqanı tərk edən klubların 150 milyon avro cərimə ilə üzləşəcəyi deyilir.
Müqavilənin detalları Superliqa klublarının bu gün UEFA-dan dəstək almasından sonra məlum olub. Qurum klublara idman cəzaları tətbiq etməyəcəyinə qərar verib. UEFA rəsmiləri bu mövsüm heç bir komandanı Çempionlar Liqası və Avropa Liqası yarışlarından kənarlaşdırmamağa qərar verib.
Müqavilə imzalamış 12 klub 23 il turnirdə iştirak edəcəklərinə söz veriblər. Superliqadan çıxış üç ildən sonra mümkün idi.
Xatırladaq ki, aprelin 19-da "Real", "Barselona", "Atletiko", "İnter", "Yuventus", "Milan", "Mançester Yunayted", "Mançester Siti", "Liverpul", "Arsenal", "Çelsi" və "Tottenhem" Superliqa yaratdıqlarını elan etmişdi. Turnirin yaradıcılarından yalnız “Real” və “Barselona” geri addım atmayıb.
Oxşar xəbərlər
UEFA sanksiyaları ləğv etdi - “Real”, “Barselona” və “Yuventus” cəzalanmayacaq
UEFA Avropa nəhənglərinə uduzdu - Sanksiyalar ləğv edildi
Avropa nəhənglərinə intizam işi açıldı - Superliqadan geri çəkilmirlər
"İnter" və "Atletiko" Superliqanı tərk etdi - RƏSMİ
Çempionlar Liqasından ən çox qazanan klublar bilindi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Riçard Almeyda “Qarabağ”da işə başladı
-
Gülər Hüseynova finala yüksəldi - Yeniyetmələrin Yay Olimpiya Oyunları
-
Lixtenşteyn – Azərbaycan matçının hakimləri bilindi - Millətlər Liqası
-
“Sumqayıt”ın kapitanı Pakistan millisində
-
Rəhim Həsənov müahisəli epizodları şərh etdi - VİDEO
-
Yığmamız Almaniyaya böyük hesabla məğlub oldu















Misli Premyer Liqası