UEFA sanksiyaları ləğv etdi -“Real”, “Barselona” və “Yuventus” cəzalanmayacaq
UEFA Avropa Superliqası layihəsindən geri çəkilməyən “Real”, “Barselona” və “Yuventus”a qarşı sanksiyaları ləğv edib.
Sportfm.az xəbər verir ki, Avropanın ali futbol qurumunun təşkilatın əsas təsisçiləri olan sözügedən 3 klubu cəzalandırmayacağı bildirilib. Həmçinin Avropa Superliqasının yaradılmasında iştirak edən, daha sonra isə geri çəkilən digər 9 kluba qarşı da heç bir sanksiya tətbiq edilməyəcək.
Qeyd edək ki, aprelin 18-də “Mançester Yunayted”, “Mançester Siti”, “Arsenal”, “Liverpul”, “Tottenhem”, “Çelsi” (hamısı İngiltərə), “Real", “Barselona”, “Atletiko” (hamısı İspaniya), “Yuventus”, “Milan” və “İnter” (hamısı İtaliya) klubları Avropa Superliqasını yaratdıqlarını açıqlayıblar. Sonradan "Real", "Barselona" və "Yuventus"dan başqa digər klubun turniri tərk etməsi ilə Avropa Superliqası fəaliyyətini dayandırıb. UEFA isə dəfələrlə həmin klubları cəzalandıracağını bildirmişdi.
Oxşar xəbərlər
Superliqanın yeni formatı açıqlandı
“Real”, “Barselona” və “Yuventus”un planı - Avropa Liqası
"Super Liqa layihəsinin ləğvi ilin ən böyük zəfərdir" - Aleksander Çeferin
UEFA Avropa nəhənglərinə uduzdu - Sanksiyalar ləğv edildi
Avropa nəhənglərinə intizam işi açıldı - Superliqadan geri çəkilmirlər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin