Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
50-ci oyunda 10-cu məğlubiyyət -Azərbaycan Kuboku
“Keşlə” Azərbaycan kubokunda 50-ci ev oyununu keçirib.
Sportfm.az xəbər verir ki, turnirdə 1997/98 mövsümündə debüt edən paytaxt təmsilçisinin yubileyi yarımfinalın “Zirə” ilə ilk matçına təsadüf edib. 1:2 hesabı ilə uduzan Sənan Qurbanovun yetirmələri həm də klub tarixində 10-cu ev məğlubiyyətini alıb. Əvvəllər “Xəzər Universiteti” və “İnter” adları altında da çıxış edən komanda öz meydanında keçirdiyi digər görüşlərdə 30 qələbə qazanıb və 10 heç-heçə edib.
Qeyd edək ki, yalnız iki komanda kubokda daha çox ev oyunu keçirib. “Neftçi” 77, “Qarabağ” 71 dəfə rəqibini öz meydanında qəbul edib.
Oxşar xəbərlər
"Keşlə" "Kəpəz"ə çatdı - Azərbaycan Kuboku
600-cü oyun - Azərbaycan çempionatlarında
“Keşlə”dən 50 qələbə
"Keşlə"nin 50-ci məğlubiyyəti
“Keşlə” 150-yə çatdı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası