“Keşlə”dən 50 qələbə
Azərbaycan kubokunun 1/8 final mərhələsi “Keşlə” üçün əlamətdar hadisə ilə yadda qalıb.
Sportfm.az xəbər verir ki, müxtəlif illərdə “Xəzər Universiteti” və “İnter” adları altında da çıxış edən Bakı klubu yarışın tarixində 50-ci qələbəsini qazanıb. Paytaxt təmsilçisinin yubileyi 1/8 finalın “Kəpəz”lə görüşünə təsadüf edib. Bu qələbələrdən 29-u evdə, 20-si səfərdə, 1-i neytral meydanda qazanılıb.
3:1 hesabı ilə qalib gələn “Keşlə” kubokda 50 və daha çox qələbə qazanan 4-cü komanda kimi tarixə düşüb. Yalnız üç komanda – “Neftçi”, “Qarabağ” və “Kəpəz”in qalib gəldiyi matçların sayı daha çoxdur.
“Kəpəz”in qapısına vurulan 3-cü top “Keşlə”nin öz meydanında vurduğu 90-cı qol olub. Yubiley topuna Xəzər Mahmudov imza atıb. Bakılılar həm də evdə 40-cı qolu buraxıb. Qonaqların heyətində Nodar Məmmədov fərqlənib.
Oxşar xəbərlər
"Keşlə" "Kəpəz"ə çatdı - Azərbaycan Kuboku
550-ci qol - Azərbaycan çempionatı
150-ci sülh - Azərbaycan Premyer Liqası
"Keşlə"nin Azərbaycan çempionatlarında 400-cü qolu
“Keşlə” 150-yə çatdı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Yığmamız pley-offda - Dünya çempionatı
-
"O, ora getdi, bura gəlməsin, bu, bura gəldi, ora getməsin" - AFFA-nın təfəkkürü
-
"Aston Villa" - "Fənərbaxça" - VİDEO
-
Asiya Açıq Turnirinə 27 cüdoçu ilə gedirik - SİYAHI
-
Güləşçimiz finalda - Dünya çempionatı
-
“Neftçi” azarkeşləri üçün 7 sektor ayrıldı - Premyer Liqa














Misli Premyer Liqası