reklam
Güləşçimiz yarımfinalda -
Sportfm.az xəbər saytı

Güləşçimiz yarımfinalda -Avropa çempionatı


Azərbaycanın daha bir sərbəst güləşçisi Polşanın paytaxtı Varşavada keçirilən Avropa çempionatında yarımfinala yüksəlib.

Sportfm.az xəbər verir ki, 92 kq çəki dərəcəsində çıxış edən Osman Nurməhəmmədov ardıcıl olaraq Robin Ferdinand (Almaniya) və Əhməd Maqamayevi (Bolqarıstan) məğlubiyyətə uğradıb.

O, finala gedən yolda Məhəmməd Qurbanovla (Rusiya) üz-üzə gələcək.

61 kq-dakı Əhmədnəbi Qvarzatilov ilk görüşdə Viktor Lizendən (Almaniya) üstün olub. İdmançı 1/4 finalda Andrey Celeplə (Ukrayna) dueldən məğlub ayrılıb.

74 kq-da yarışan Əşrəf Aşırov 1/6 final mərhələsində Fazlı Eryılmaza (Türkiyə), Hacımurad Məhəmmədsəidov isə 1/8 final mərhələsində Artur Nayfonova (Rusiya) uduzub.

Bu gün eyni zamanda 5 çəki dərəcəsi üzrə medal görüşləri olacaq. Azərbaycan təmsilçilərindən Şamil Zubairov (97 kq), Əfqan Xaşalov (57 kq), Əli Rəhimzadə (65 kq) və Rəşad Yusifli (79 kq) bürünc medal, Turan Bayramov (70 kq) final qarşılaşmasına çıxacaq.

Yarımfinal qarşılaşmaları saat 18:45-də, medal mücadilələri isə saat 20:00-da başlanacaq.

Oxşar xəbərlər

Mariya Stadnik mübarizəyə başlayır Avropa çempionatı
Daha bir güləşçimiz medal görüşünə çıxacaq - Avropa çempionatı
Dörd güləşçimiz mübarizəyə başlayır - Avropa çempionatı
Dörd güləşçimiz yarımfinalda - Avropa çempionatı
Güləşçimiz erməniyə rəqib oldu - Avropa çempionatı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər