reklam
Daha bir güləşçimiz medal görüşünə çıxacaq -
Sportfm.az xəbər saytı

Daha bir güləşçimiz medal görüşünə çıxacaq -Avropa çempionatı


Azərbaycanın daha bir sərbəst güləşçisi Şamil Zubairov Polşanın paytaxtı Varşavada keçirilən Avropa çempionatında bürünc medal uğrunda görüşə vəsiqə qazanıb.

Sportfm.az xəbər verir ki, 97 kq çəki dərəcəsində çıxış edən idmançı təsəlliverici qarşılaşmada Radu Lefterlə (Moldova) üz-üzə gəlib.

14:9 hesabı ilə qələbə qazanan Zubairov medal uğrunda Elizbar Odikadzeyə (Gürcüstan) rəqib olub.

Bu gün Əfqan Xaşalov (57 kq), Əli Rəhimzadə (65 kq) və Rəşad Yusifli (79 kq) bürünc medal, Turan Bayramov (70 kq) final qarşılaşmasına çıxacaq.

Daha 4 sərbəst güləşçi də bu gün yarışa qoşulur. Yarımfinal qarşılaşmaları saat 18:45-də, medal mücadilələri isə saat 20:00-da başlanacaq.

Oxşar xəbərlər

Daha bir güləşçimiz ermənini məğlub etdi - Avropa çempionatı
Güləşçimiz yarımfinalda - Avropa çempionatı
Dörd güləşçimiz mübarizəyə başlayır - Avropa çempionatı
Dörd güləşçimiz yarımfinalda - Avropa çempionatı
Güləşçimiz Avropa çempionatında qızıl medal qazandı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər