Radik İsayev medalsız qaldı -Avropa çempionatı
Azərbaycan taekvondoçuları Bolqarıstanın paytaxtı Sofiyadakı Avropa çempionatınında mübarizəni başa vurublar.
Sportfm.az xəbər verir ki, sonuncu yarış günündə Payam Qobadi Oğaz (87 kq) və Radik İsayev (+87 kq) çıxış edib.
Qobadi əvvəlcə Yunanıstan təmsilçisi Nikolaos Tzellosu 10:6 hesabı ilə məğlub etsə də, 1/4 finalda serbiyalı İvan Sapinə uduzub - 13:14.
İsayev isə ilk rəqibi serbiyalı Miloş Qoluboviçi 22:10 hesabı ilə yensə də, yarımfinalın bir addımlığında ispaniyalı İvan Qarsiyaya yenilib - 17:19. Nəticədə millinin hər iki üzvü medalsız qalıb.
Azərbaycan yığması isə Avropa çempionatını iki medalla başa vurub. Kişilər arasında Milad Beigi Hərçəqani (80 kq) gümüş, qadınlardan Minayə Əkbərova (46 kq) isə bürünc medalla kifayətlənib.
Oxşar xəbərlər
İki taekvondoçumuz mübarizəyə başlayır - Avropa çempionatı
Ölkəmiz 11 idmançı ilə təmsil olunacaq - Avropa çempionatı
Millimizin heyəti açıqlandı - Avropa çempionatı
Payam Qobadi İsveçdə millimiz üçün medal qazandı
Taekvondoçularımız "Turkish Open"dən 6 medalla qayıdır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası