"Müqaviləmin bitməsindən əvvəl çempion olsaq, buna sevinəcəyəm" -"Neftçi"nin legioneri
"Klubla müqaviləm mövsümün sonunda bitir. Buna görə də mütləq burada çempion olmağı arzulayıram".
Sportfm.az xəbər verir ki, bu fikirləri "Neftçi"nin futbolçusu Stiven Jozef-Monroz klubun rəsmi televiziyasında yayımlanan "Piramida" verilişinə müsahibəsində deyib.
31 yaşlı fransalı hücumçu bildirib ki, çempionluq əldə etmək elə də asan deyil: "Bilirsiniz ki, "Qarabağ" uzun illərdir ki, çox yaxşı çıxış edir. Biz isə komanda olaraq, döyüşürük. Döyüşürük ki, çempion olaq. Müqaviləmin bitməsindən əvvəl çempion olsaq, buna sevinəcəyəm. Bu, həm özüm, həm də komandam üçün çox yaxşı olacaq".
Monroz XX turda "Səbail"i məyus etdikdən sonra fərqli qol sevinci yaşadığını xatırlayıb: "Bu, sadəcə zarafat idi. Klubumuzun prezidenti Kamran Quliyev oyundan bir gün əvvəl gəlib məndən "Adın nədir" deyə soruşdu. Mən uzun vaxt idi ki, qol vurmurdum. Həmçinin demək olar ki, məhsuldar ötürmələrim də yox idi. Mən də dedim ki, adımı xatırlamırsınızsa, bunu sizə oyun zamanı nümayiş etdirəcəyəm. Qol vurduqdan sonra tribunalara bu formada baxaraq, klub prezidentini axtardım. Sonra da formamı göstərdim ki, adımı xatırlasın. Bu, sadəcə onunla bağlı idi. Yəni eynəklik nə isə yox idi (gülür - red.)".
Qeyd edək ki, "Neftçi" XX turda "Səbail"i 4:0 hesabı ilə məğlub edib. Stiven Jozef-Monroz həmin görüşün 66-cı dəqiqəsində komandasının ikinci qoluna imza atıb. Hazırda paytaxt təmsilçisi Premyer Liqada 42 xalla ikinci pillədə qərarlaşıb. Flaqman lider "Qarabağ"dan bir xal geridədir.
Oxşar xəbərlər
"Neftçi"nin futbolçusu Yunanıstan klubunda - Müqavilə
"Qarabağ"ı dayandırmaq çox çətindir" - Branimir Subaşiç
"Hər görüşə son oyun kimi baxacağıq" - "Neftçi"nin legioneri
"Qarabağ"ın çempion olmasına mane olacağıq" - Stiven-Jozef Monros
"Neftçi" "Qəbələ"ni "sökməkdə" davam edir!
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ötən mövsüm "Barselona" bu mövsüm "Real" Madrid - Gənclər Liqası
-
AFFA klubları cərimələdi - QƏRAR
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Turan Tovuz" oyuna itki ilə çıxacaq
-
Dopinqlə mübarizədə yeni mərhələ - Yeni Dehlidə WADA-nın beynəlxalq konfransı
-
Bədii üzgüçülük üzrə yeni məşqçi təyinatı















Misli Premyer Liqası