reklam
Azərbaycan yığması Türkiyə və Almaniya ilə eyni qrupda düşdü
Sportfm.az xəbər saytı

Azərbaycan yığması Türkiyə və Almaniya ilə eyni qrupda düşdü


Azərbaycan milliləri basketbolun 3X3 növü üzrə keçiriləcək Avropa çempionatının seçmə mərhələsində rəqiblərini tanıyıb. Basketbol Federasiyasından apasport.az saytına verilən məlumata görə, kişilərdən ibarət yığmamız "A" qrupuna düşüb.
 
Belə ki, Hollandiyanın Amsterdam şəhərlərində yarışacaq "9-luq” artıq 2 qrupa bölünüb və təqvimi açıqlanıb. Samit Nuruzadənin yetirmələri Almaniya, Serbiya, Türkiyə və Uelslə mübarizə aparacaqlar. Komandamız ilk oyun günündə iyulun 1-də 3, ertəsi gün 1 oyun keçirəcək.
 
"B" qrupunda Hollandiya, Rusiya, Slovakiya və İsveçrə basketbolçuları güclərini yoxlayacaqlar.
 
Digər komandalar isə Fransa və Andorrada münasibətlərinə aydınlıq gətirəcəklər. Final mərhələsinə hər ölkədən 4 komanda yüksələcək. Həlledici oyunlar sentyabrın 2-dən 4-nə kimi Rumıniyanın paytaxtı Buxarestdə keçiriləcək.
 
Yarışın təqvimi aşağıdakı kimidi:
"A" qrupu: Azərbaycan, Almaniya, Serbiya, Türkiyə, Uels.

"B" qrupu: Hollandiya, Rusiya, Slovakiya, İsveçrə.
 
1 iyul
11:00. Almaniya - Azərbaycan
15:30. Azərbaycan - Uels
17:30. Serbiya - Azərbaycan
 
2 iyul
10:40. Azərbaycan - Türkiyə
 
Qadınlardan ibarət yığmamız isə Fransanın Puatye şəhərində oynayacaq. Onlar da "A" qrupunda yer alıblar. Rəqiblərimiz İtaliya, Rusiya və Slovakiya basketbolçuları olacaq. Buradan 3 yığma finala yüksələcək.  
 
Fransa (qadınlar)
"A" qrupu: Azərbaycan, İtaliya, Rusiya, Slovakiya

"B" qrupu: Fransa, Latviya, İspaniya, Türkiyə

1 iyul
14:30. İtaliya - Azərbaycan
16:00. Azərbaycan - Slovakiya 
 
2 iyul
12:30. Rusiya - Azərbaycan 
 
Qeyd edək ki, bir qədər öncə Samit Nuruzadə Avropa çempionatında güvənəcəyi basketbolçuların adlarını açıqlayıb. O, yarışda Amil Həmzəyev, Zaur Paşayev, Marşall Mozes və David Barbakadzeyə şans verəcək.

Oxşar xəbərlər

Nəticələr və təqvim - Avro-2024
AÇ-2024 təqvimi
Avro-2020-nin təqvimi - AFİŞA
AÇ-2020: Millimiz üçün tanış rəqiblər
Avropa Liqasının qrupları məlumdur - NƏTİCƏLƏR

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər