Azərbaycanın yığmasının üzvləri İsveçrədə təcrübə keçəcək
Azərbaycanın iki velosipedçisi İsveçrənin Eql şəhərində yerləşən Dünya Velosiped Mərkəzində təcrübə keçəcək.
Sportfm.az xəbər verir ki, bu barədə Beynəlxalq Velosipedçilər İttifaqı (UCI) ilə razılıq əldə olunub.
Sövdələşməyə əsasən, Azərbaycanın U-23yığmasının üzvləri Musa Mikayılzadə və Kərim Şirəliyev İsveçrədə 6 ay təcrübə keçəcəklər.
İdmançılar yanvarın 15-dən Dünya Velosiped Mərkəzinin yeni formalaşdırılmış komandasının heyətində yarışlara qatılmaqla ustalıqlarını artıracaqlar.
UCI hər il planetin müxtəlif ölkələrindən məhdud sayda gənc və perspektivli idmançıları xüsusi seçim əsasında Dünya Velosiped Mərkəzinə cəlb edir.
Azərbaycan velosiped tarixində ilk dəfə 2 idmançı eyni anda adı çəkilən mərkəzdə ustalığını artıqmaq şansı əldə edib.
Oxşar xəbərlər
Millimizin üzvü peşəkar müqavilə imzaladı - WCC ilə
Velosipedçilərimiz İsveçrədə təcrübə keçəcək
“Gücümüz həmrəyliyimizdir” - Bakıda veloyürüş keçirildi - FOTO
Velosiped idmanında gender bərabərliyi
“Gənc Velosipedçilər” İctimai Birliyi fəaliyyətə başlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Təmsilçimiz məğlub oldu - FIBA Avropa Kuboku
-
Türkiyə klubu İngiltərə səfərində - Çempionlar Liqası
-
AFFA “Şəfa”ya danışılmış oyunlarla bağlı sessiya keçirdi
-
Çexiya - Azərbaycan oyununun hakimləri bilindi
-
"Barselona" İstanbulda 4 qol vurdu - Çempionlar Liqası
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA















Misli Premyer Liqası