Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Ceyms millimizə qol vurdu, komandası qalib gəldi
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi daha bir yoxlama oyunu keçirib.
Sportfm.az xəbər verir ki, Milan Obradoviçin baş məşqçi olduğu komanda Premyer Liqa təmsilçisi "Qəbələ" ilə üz-üzə gəlib. "Bakcell Arena"dakı qarşılaşma əyalət təmsilçisinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
U-21-in heyətində Musa Qurbanlı və Rüfət Abdullazadə fərqlənib. "Qəbələ"nin qollarını isə Stefan Vukçeviç, Ülvi İsgəndərov və Ceyms Adeniyi vurub.
U-21 daha əvvəl "Qarabağ"ı 4:2 hesabı ilə yenib, "Neftçi"yə isə uduzub - 1:3. I Divizion təmsilçisi "Qaradağ Lökbatan"la görüşdə isə məhsuldar heç-heçə qeydə alınıb - 3:3.
Oxşar xəbərlər
"Qəbələ" Azərbaycan yığmasını məğlub etdi - Yoxlama oyunu
Millimiz "Qaradağ Lökbatan"la bərabərə qaldı - Yoxlama oyunu
Honda ilk qolunu millimizə vurdu - Yoxlama oyunu
Millimiz Sloveniyada qalib gəldi
"Qəbələ" yoxlama görüşündə qalib gəldi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası