Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Məşqçi kursları başa çatdı -Tovuzda
"Turan Tovuz" Futbol Akademiyasında keçirilən "C" kateqoriyalı məşqçi kursları başa çatıb.
Sportfm.az xəbər verir ki, Qərb regionundan olan 18 məşqçinin qatıldığı kurslarda 6 inspektor məşqçilərin bilik və bacarıqlarının artırılması üçün nəzəri və praktiki dərslər keçib.
AFFA-nın dəstəyi və Qərb Regional Futbol Federasiyasının təşkilatçılığı ilə keçirilən dərslərə rəhbərlik edən inspektorlar məşqçilərin hazırlanmasında yüksək peşəkarlıq nümayiş etdirdiklərinə görə QRFF tərəfindən təşəkkürnamə ilə təltif olunublar.
Təşəkkürnamələri QRFF-nin prezidenti Nadir Nəbiyev təqdim edib.
Təltif olunan inspektorlar bunlardır:
Aslan Kərimov
Osman Rəhimov
İlham Əzizzadə
Zamir Həsənov
Anar Salmanov
Cahangir Həsənzadə
Oxşar xəbərlər
AFFA-da yeni məşqçi kursları başladı
C kateqoriyalı məşqçi kursu - Naxçıvan
Azərbaycanda Pro lisenziyalı məşqçi kursları ləğv edildi
AFFA-da məşqçi kursu başladı - FOTO
Bakıda məşqçilik kursları başlandı - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası