“Sonadək vuruşub qalıb olmalısan” -Tərlan Quliyev
“Keşlə" klubunun kapitanı Tərlan Quliyev müsahibə verib.
Sportfm.az həmin müsahibəni təqdim edir:
- "Keşlə"nin geridə qoyduğunuz dövrdəki çıxışını necə dəyərləndirirsiniz?
- Sənan müəllimin gəlişindən sonra komandada müsbət mənada dəyişiklər var. Bütün oyunlarda üstün oyun nümayiş etdirir. Amma təəssüf ki, istəyimizə tam olaraq çata bilmədik.
- Çatmayan isə qələbədir.
- Düzdür. Biz də oturub analiz edəndə görürük ki, üstün olduğumuz oyunlarda son anda konsentrasiyanı əldən verirdik. Komandaya 1 qələbə lazımdır ki, özünə gəlsin.
- Kapitan olaraq "Keşlə"ni arxanca aparmaq nə dərəcədə çətindir?
- Kapitan kimi bu kolektivlə elə də çətin deyil. Üzərimə düşən tapşırıq və tövsiyələri verirəm, uşaqlar da sağ olsun, can-başla qulaq asırlar.
- Mövsümün sonuna az qalıb, hansı nəticə sizi qane edəcək?
- Həm çempionat, həm də kubokda mübarizə aparırıq. Sonadək vuruşub hər iki cəbhədə ən yaxşısını etməliyik.
- "Keşlə"yə" qara zolaq"dan çıxmağa nə mane olur?
- Cəmi bir qələbə qazanmamağımız (gülür)…
- Millidən sənə dəvət gəlmədi. Bunu necə qarşıladanız?
- Milliyə dəvət almadığımı normal qarşılayıram. Amma özümə güvənirəm. Ümid edirəm, mənə dəvət gələr. Ora dəvət olunan futbolçular da zəif deyil. Yəni də dəvət gözləyəcəm.
- Millinin potensialı qrupda neçənci yeri tutmağa kifayət edir?
- Milliyə uğurlar arzu edirəm, amma çətin qrupdur... Sonadək vuruşub qalib olmalısan. O formanı geyinirsənsə, can qoymalısan. Yaxşı nəticələrə ümid edək.
- Yığmaya əsasən gənclər dəvət olundu. Bu yerdə özünü yaşlı hesab etmirsiniz?
- Xeyr! Mənim 35 yox, 28 yaşım var. Özümü yaxşı hiss edirəm, hər zaman milli komandaya xeyir verə bilərəm. (Qol.az)
Oxşar xəbərlər
"Biz qələbəyə layiq futbol oynayırıq" - Millinin üzvləri
"Milliyə dəvət alsam, ən yaxşısını etməyə çalışacağam" - Rəhman Hacıyev
"Məni başa düşənlər də oldu, qınayanlar da" - Adil Nağıyev
"De Byazinin qərarını normal qarşılayıram" - Ağabala Ramazanov
Emin Mahmudov: ""Neftçi" kimi komanda aşağı pillələrdə olmamalıdı"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası