reklam
Sportfm.az xəbər saytı

"Hondanın “Neftçi”də qalması özündən asılıdır” -Rüstəm Allahverdiyev


“Neftçi” müqaviləsi başa çatan bir neçə futbolçusu ilə yolları ayıracaq.
Sportfm.az xəbər verir ki, bu barədə klubun mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyev məlumat verib.

Onun sözlərinə görə, klub bugünlərdə sözləşməsi baça çatan və yeni razılıq əldə olunmayan futbolçularla vidalaşacaq: “Məsələn, Anton Krivotsyuka yeni müqavilə ilə bağlı təklif göndərmişik, cavab gözləyirik. Digər müqaviləsi başa çatan futbolçuların isə bəzilərinə bugünlərdə təşəkkür məktubu yazacağıq və onlarla vidalaşacağıq. Bundan sonra rəsmi formada açıqlayacağıq”.
Klub rəsmisi müqaviləsi başa çatan məşhur yapon futbolçu Keysuke Honda haqda isə deyib ki, futbolçu özü istəsə, “Neftçi”də qalacaq: “Hondada vəziyyət elədir ki, onunla müqaviləmiz bitib. Bu futbolçunun “Neftçi”də qalması bizdən yox, onun özündən asılıdır. Honda qərar verə bilər ki, yenə “Neftçi”də oynamaq istəyirəm, yaxud da karyerasını bitirə bilər. İndiki vəziyyətdə bizim onunla müqaviləmiz bitib və əgər Honda istəyərsə, sözləşməni uzada bilərik”. (Qol.az)

Oxşar xəbərlər

"Neftçi" Honda ilə vidalaşdı - Müqavilə bitdi
"Neftçi" hücumçusunu göndərdi - RƏSMİ
Honda və Ahmedov “Neftçi”dən ayrıldı - RƏSMİ
"Honda bizə dəstək olacaq" - Kamran Quliyev
"Əlimdən gələni edəcəyəm ki, çempion olaq" - Honda

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər