"Yuventus"da antirekord -Çempionlar Liqası
İtaliyanın "Yuventus" klubu UEFA Çempionlar Liqasında antirekorda imza atıb.
Sportfm.az xəbər verir ki, Turin təmsilçisi tarixində nüfuzlu klub turnirində ardıcıl ikinci mövsüm 1/8 final mərhələsində mübarizəni dayandırıb.
Komanda ilk matçda Portuqaliyada "Portu"ya 1:2 hesabı ilə məğlub olub. "Qoca sinyora" cavab görüşünün əsas vaxtında eyni hesabla qələbə qazansa da, əlavə vaxtda hər iki komanda bir dəfə fərqlənib və "Portu" növbəti mərhələyə adlayıb.
Turinlilər ötən mövsüm iki görüşün nəticəsinə əsasən Fransa "Lion"una uduzub - 0:1. 2:1.
Beləliklə, İtaliya çempionu Çempionlar Liqasında və Avropa Çempionlar Kubokunda tarixdə ilk dəfə ardıcıl iki mövsüm 1/8 finalda mübarizəni dayandırmalı olub.
Qeyd edək ki, "Yuventus" ötən il "Lion"la matçlardan sonra baş məşqçisi Mauritsio Sarrini istefaya göndərmişdi.
Oxşar xəbərlər
"Yuventus" mövsümü titulsuz başa vurdu - 11 ildən sonra
Çempionlar Liqasında yeni antirekord - 13-cü dəfə uduzdu
Ronaldo üçün yeni rekord
"Yuventus"dan daha bir rekord - Ardıcıl 12-ci dəfə
İlin ən yaxşı məşqçisi o oldu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası