Rüstəm Orucov Böyük Dəbilqədən imtina etdi -"Artıq lisenziyam var"
Azərbaycanın cüdoçusu Rüstəm Orucov qarşıdakı Böyük Dəbilqə yarışlarında iştirak etməyəcək.
Sportfm.az xəbər verir ki, bu barədə 30 yaşlı idmançının özü məlumat verib.
73 kq çəki dərəcəsində çıxış edən tanınmış cüdoçu qərarına Tokio Yay Olimpiya Oyunlarına lisenziyanı faktiki təmin etməsini səbəb göstərib: "Mənim üçün növbəti yarış Avropa çempionatı olacaq. Artıq lisenziyam var, olimpiadaya hazırlaşmaq qalıb. Yay Olimpiya Oyunlarına zədəsiz getmək istəyirəm. Ona görə yarışları azaldıram. Əsas üstünlüyü məşqlərə verirəm. Avropa çempionatında və daha sonra olimpiadada iştirak edəcəyəcəm".
Orucov son olaraq, 2020-ci il oktyabrın 24-də Macarıstanın paytaxtı Budapeştdəki Böyük Dəbilqədə qızıl, noyabrın 24-də Çexiyanın paytaxtı Praqadakı Avropa çempionatında və bu il martın 16-da isə Özbəkistanın paytaxtı Daşkənddəki Böyük Dəbilqədə bürünc medal qazanıb.
Qeyd edək ki, növbəti Böyük Dəbilqə yarışları 26 - 28 martda Gürcüstanın paytaxtı Tbilisidə, 1 - 3 apreldə Türkiyənin Antalya, 5 - 7 mayda isə Rusiyanın Kazan şəhərində keçiriləcək. Avropa çempionatının 16 - 18 apreldə Portuqaliyanın paytaxtı Lissabonda təşkili nəzərdə tutulub. (report)
Oxşar xəbərlər
Koronavirus Rüstəm Orucova mane oldu - Lissabona getməyəcək
Rüstəm Orucov bürünc medal qazandı - Böyük Dəbilqə
Rüstəm Orucov və Hidayət Heydərov mübarizəyə başlayır - Böyük Dəbilqə
Rüstəm Orucov bürünc medal qazandı - Avropa çempionatı
Hacı Əliyev Avropa çempionatında iştirak etməyəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“Bahar Kuboku”nun konkur yarışı başa çatdı
-
Bu gün yarımfinalçılar müəyyənləşir - Konfrans Liqası
-
Nəriman oynadı, komandası qələbə qazandı
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Qarabağ" - "Sabah" oyununun hakimləri açıqlandı - Premyer Liqa
-
"Sabah" - "Qarabağ" matçına 3000-dən çox bilet satıldı















Misli Premyer Liqası