reklam
Hacı Əliyev Avropa çempionatında iştirak etməyəcək
Sportfm.az xəbər saytı

Hacı Əliyev Avropa çempionatında iştirak etməyəcək


Azərbaycan sərbəst güləşçisi Hacı Əliyev 2020-ci il Avropa çempionatında iştirak etməyəcək.

Sportfm.az xəbər verir ki, bu barədə 28 yaşlı idmançının özü məlumat verib. 65 kq çəki dərəcəsində çıxış edən 3 qat dünya və 3 qat Avropa çempionu qərarını 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakterli turnirə daha ciddi hazırlaşmaq istəyi ilə əlaqələndirib. "Məşqçilər heyətimizin Avropa çempionatında 65 kq çəkidə Turan Bayramov və ya Əli Rəhimzadəyə şans verəcəklərini düşünürəm. Mənim isə hədəfim lisenziya yarışına getmək, oradan isə olimpiadaya sağ-salamat yola düşməkdir".

Qeyd edək ki, Avropa çempionatı 10 - 16 fevralda İtaliyanın paytaxtı Romada keçiriləcək. 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakterli Avropa Təsnifat Turniri 19 - 22 martda Macarıstanın paytaxtı Budapeştdə, Dünya Təsnifat Turniri isə 30 aprel - 3 mayda Bolqarıstanın paytaxtı Sofiyada olacaq. 

Oxşar xəbərlər

Sərbəst güləşçilərimiz lisenziya üçün mübarizə aparacaq - Tokio-2020
Rüstəm Orucov Böyük Dəbilqədən imtina etdi - "Artıq lisenziyam var"
Olimpiya lisenziyalı turnirin vaxtı açıqlandı
2021-ci ilin yarış təqviminə dəyişikliklər edildi - Dünya Güləş Birliyi
Avropa çempionatının vaxtı dəyişdirildi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər