Şahmatçılarımız Aronyana qarşı - AFİŞAÇempionlar Turu
Bu gün şahmat üzrə dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun IV mərhələsi start götürəcək.
Sportfm.az xəbər verir ki, "Magnus Karlsen Invitational" adlanan yarışda Azərbaycanı bu dəfə iki şahmatçı - Teymur Rəcəbov və Şəhriyar Məmmədyarov təmsil edəcək. Turnir Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.
"Magnus Karlsen Invitational"
I tur
Levon Aronyan (Ermənistan) - Şəhriyar Məmmədyarov
Teymur Rəcəbov - Aniş Giri (Niderland)
II tur
Teymur Rəcəbov - Alan Piçot (Argentina)
Şəhriyar Məmmədyarov - Daniil Dubov (Rusiya)
III tur
Uesli So (ABŞ) - Teymur Rəcəbov
Hikaru Nakamura (ABŞ) - Şəhriyar Məmmədyarov
IV tur
Şəhriyar Məmmədyarov - Yorden van Forest (Niderland)
Teymur Rəcəbov - Levon Aronyan (Ermənistan)
V tur
Daniil Dubov (Rusiya) - Teymur Rəcəbov
Maksim Vaşye-Laqrav (Fransa) - Şəhriyar Məmmədyarov
Qeyd edək ki, "Magnus Karlsen Invitational" Azərbaycan Şahmat Federasiyasının dəstəyi ilə "Report" İnformasiya Agentliyinin feysbuk və yutub səhifələrində canlı yayımlanacaq. İlk yarış günündə aparıcı, beynəlxalq qrossmeyster Vasif Durarbəylinin qonağı şahmat üzrə Azərbaycan yığmasının keçmiş üzvü Zeynəb Məmmədyarova olacaq.
Xatırladaq ki, turnirin ümumi mükafat fondu 220 min ABŞ dollarıdır. Qalib şahmatçı 60 000, finalçı 40 000, 3-cü yerin sahibi isə 25 000 ABŞ dolları qazanacaq. Yarış martın 21-də yekunlaşacaq. Teymur Rəcəbov Çempionlar Turunun II mərhələsində qalib, III mərhələsində isə 3-cü yerin sahibi olub.
Oxşar xəbərlər
Teymur Şəhriyara üstün gəldi - Turnir
Azərbaycanlı ermənini mat etdi - Çempionlar Turu
Məmmədyarov və Rəcəbov 1/4 finalda - Çempionlar Turu
Şahmatçılarımız dünya çempionuna qarşı - Çempionlar Turu
Məmmədyarov Aronyana rəqib oldu - Çempionlar Turu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası