Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Neftçi"nin yeni transferi:"Buradakı uşaqların çoxunu tanıyıram"
"Əlbəttə, ilk növbədə, böyük tarixə malik klubun mənimlə maraqlanması çox xoş oldu. Həm də "Neftçi”nin hazırkı vəziyyətini görəndə, komandanın maksimum uğur qazanması üçün kömək etmək istədim. Ona görə ki, "Neftçi”nin həmişə yaxşı komanda olduğunu, yüksək yerlər tutduğunu bilirik”.
Sportfm.az xəbər verir ki, bu sözləri "Neftçi”nin yeni transferi Məhəmməd Mirzəbəyov klubun telekanalına açıqlamasında deyib.
Milli komandamızın 26 yaşlı müdafiəçisi bildirib ki, özünü yaxşı tərəfdən göstərəcyinə ümid edir: "Buradakı uşaqların çoxunu tanıyıram. Bəziləri ilə "Qəbələ”də, bəziləri ilə "Sumqayıt”da oynamışam. Ruslan Abışovla birgə "Qəbələ”də çıxış etmişəm. O, çox yaxşı futbolçu, çox yaxşı insandır. Sözləri, əməlləri ilə həmişə dəstək olur, kömək edir. Komandada sənə dəstək olan, məsləhət verə bilən adamların olması yaxşıdır. Kollektivə gəlincə, uşaqlar çox sadədirlər. Ən vacibi budur ki, heç kim özünü ulduz kimi aparmır, hamı, sadəcə olaraq, öz işini görür. Buna görə də hamı üçün asandır. İlk növbədə, öz bacarığımı maksimum səviyyədə göstərmək istəyirəm. Hamının – azarkeşlərin, klub rəhbərliyinin, məşqçilər heyətinin, doğmalarımın ümidlərini doğrultmaq, bacardığımın ən yaxşısını ortaya qoymaq, maksimum nəticə qazanmaq üçün əlimdən gələni edəcəyəm”.
Qeyd edək ki, Mirzəbəyov yay fasiləsində "Qəbələ”dən "Neftçi”yə keçib.
Oxşar xəbərlər
Kurban Berdıyev "Neftçi"nin udmadıqları üçün təəssüfləndi: Biz çoxuna ümid edirdik
"Neftçi"nin yeni transferi azarkeşlərə səsləndi
"Milliyə kömək etmək üçün qayıtdım" - Polina Rəhimova
"Neftçi" mənə lazım olan dəstəyi vermədi" - Mehman Rəsulov
Zdenek Folprext: "Bu mənim üçün yaxşı mənada sürpriz oldu"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası