"Futbol Qarabağın tanıtımı üçün böyük reklam olacaq" -Ruslan Abışov
"Müharibə vaxtı hamımızın fikri sırf Qarabağla bağlı idi. İdman ikinci sıraya keçmişdi".
Sportfm.az xəbər verir ki, bu sözləri "Sabah"ın kapitanı Ruslan Abışov TRT-yə müsahibəsində 44 günlük Vətən müharibəsi barədə danışarkən deyib.
34 yaşlı futbolçu bildirib ki, həmin ərəfədə hamı cəbhədən gələn xəbərləri gözləyib: "Şükürlər olsun ki, sonluq istədiyimiz kimi oldu. Müharibədə qələbə qazandıq".
Təcrübəli müdafiəçi işğaldan azad olunmuş ərazilərdə beynəlxalq oyunların keçirilməsini təklif edib: "Həmin ərazilər tam bərpa olunduqdan sonra orada bir neçə beynəlxalq görüş təşkil etmək daha məqsədəuyğun olar. İnanıram ki, federasiya da belə bir təklif irəli sürəcək. Çünki ölkəyə gələn əcnəbi futbolçular, hakimlər o torpaqların Azərbaycana aid olduğunu anlayacaqlar. Bu baxımdan, futbol Qarabağın tanıtımı üçün böyük reklam olacaq".
Oxşar xəbərlər
AFFA-nın yaradacağı 5 yeni klub
"Qarabağda oynamaq bizim üçün böyük xoşbəxtlik olardı" - Emre Belözoğlu
"Qarabağda oynamaq bizim üçün böyük xoşbəxtlik olardı" - Emre Belözoğlu
"Vətən uğrunda şəhidlikdən gözəl nə ola bilər ki?!" - Ruslan Abışov
İnfantinodan DÇ-2018 üçün təklif
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası