reklam
Gimnastlarımıza idman ustası adı verildi -
Sportfm.az xəbər saytı

Gimnastlarımıza idman ustası adı verildi -SİYAHI


Gimnastika sahəsində artıq müəyyən nailiyyətlər əldə etmiş gimnastlarımız Gənclər və İdman Nazirliyi tərəfindən "İdman ustası" adına layiq görülüblər.

Sportfm.az xəbər verir ki, 2020-ci ildə Kiyev şəhərində keçirilmiş bədii gimnastika üzrə Avropa Çempionatında gümüş və bürünc medal qazanmış qrup hərəkətləri komandamızın üzvləri - Məryəm Səfərova, Darya Sorokina, Yelizaveta Luzan, gənclər arasında ilk Dünya Çempionatının (2019-ci il) gümüş və bürünc medalçısı - Arzu Cəlilova, həm Avropa, həm də Dünya Çempionatının finalçısı Nərminə Səmədova bu ada sahibləndilər.

Təltif olunanların arasında daha 2 gimnastika növünün təmsilçiləri var. Kişi idman gimnastikası üzrə yığma komandanın üzvü, Tokio 2020 Olimpiya Oyunlarına lisenziya qazanmış (Dünya Çempionatı / Ştutqart / 2019) İvan Tixonov və Bakıda keçirilmiş aerobika gimnastikası üzrə Avropa Çempionatının (2019) qalibləri, aerodans komandasının üzvləri - Elçin Məmmədov, Balaxanım Əhmədova, Nərminə Hüseynova, İmran İmranov, Mədinə Mustafayeva, Akif Kərimli, Ayxan Əhmədli, Nigar İbrahimbəyliyə "İdman ustası" kitabçası təqdim olunub.

Gimnastlarımızı bu ada layiq görülmələri münasibəti ilə təbrik edir, onlara yeni-yeni uğurlararzulayırıq!

Oxşar xəbərlər

Bu gün gimnastlarımız 4 növdə çıxış edəcək - Dünya çempionatı
Gimnastika Federasiyası Avropa çempionlarına medal təqdim etdi - FOTO
Azərbaycan gimnastları və azarkeşlərindən möhtəşəm himn ifası - VİDEO
Azərbaycan yığması Avropa çempionu oldu
Aerobika gimnastikası üzrə 11-ci Avropa çempionatının final mərhələsi start götürdü - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər