reklam
Pulları göyə sovuran çinlilər nəyə ümid edirlər?
Sportfm.az xəbər saytı

Pulları göyə sovuran çinlilər nəyə ümid edirlər?- ARAŞDIRMA, FOTOLAR


Çində futbol bumu davam edir.
 
Sportfm.az saytı bu nəhəng ölkədə çoxmilyonlu transferlərlə yanaşı, uşaq futbolundakı durumu araşdırmaq qərarına gəlib. 
Əslində, çinlilərin xeyir götürmədikləri sahəyə pul yatırımı etməsi ağlabatan deyil. Çində ulduz futbolçuları almaqla yanaşı, uşaq futbolunun inkişaf etdirilməsi ilə ciddi məşğul olurlar. İndi haqqında bəhs edəcəyimiz gənc Çin komandası haqqındakı faktlar bütün dünyanı şoka salıb.
Bu ölkənin "Quançjou Everqrand” klubu dünyanın ən böyük uşaq futbol akademiyasını inşa edib. 
Hazırda akademiyada 2500 uşaq təhsil alır və paralel olaraq futbolun sirlərini öyrənir. Akademiyanın ərazisində 50 futbol meydançası var. Bununla yanaşı, burada çoxlu sayda tennis, basketbol, voleybol meydançaları, kitabxanalar, trenajor zalları inşa edilib. Akademiyasının tikintisinə 185 milyon dollar pul xərclənib. 
Həftənin altı gününü məşq edən uşaqlar, bazar günü istirahət edə bilər. Uşaqlara futbolun sirlərini 24 nəfər ispaniyalı mütəxəssis öyrədir. Məşqçilər klubun "Real” Madridlə əməkdaşlığı çərçivəsində Çinə təşrif buyurublar. 
Akademiyanın girişində Dünya Kubokunun 40 metrlik heykəlinin ucaldılması çox şeydən xəbər verir. Yəqin ki, çox da uzaq olmayan gələcəkdə çinli futbolçuların adlarını bizdə duyacaq və onlardan bəhs edəcəyik.  

 

 

Oxşar xəbərlər

"Uşaqlarınızı basketbol zallarına gətirin" - Anar Həsənov
Futzala sevgisi olan hər kəsi gözləyirik!
Futzala sevgisi olan hər kəsi gözləyirik!
"Əsas məqsədimiz klublarımız üçün uşaq yetişdirməkdir" - VİDEO
Daha bir ulduz futbolçu Çinə köçdü

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər