Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
“Kəpəz” iki günə dörd matç keçirəcək
"Kəpəz”in əsas komandasının qış təlim-məşq toplanışı müddətində keçirəcəyi yoxlama oyunlarında rəqibləri müəyyənləşib.
Sportfm.az xəbər verir ki, iki günə dörd yoxlama matçına çıxacaq komanda Premyer Liqa və I divizion klubları ilə qarşılaşacaq. Belə ki, "sarı-göylər” yanvarın 17-də saat 11:00-da MOİK, saat 15:00-da AZAL-la görüşəcək. Yanvarın 19-da Nizami yurdunun təmsilçisi günün ilk yarısında (saat 11:00-da) "Qaradağ Lökbatan” ilə, ikinci yarısında isə (saat 15:00-da) "Zirə” ilə oynayacaq. "Zirə”yə qarşı görüş rəqibin meydançasında keçiriləcəksə, digər bütün oyunlar "Dalğa Arena”da reallaşacaq.
Qeyd edək ki, Gəncə klubu iki fərqli heyətlə yoxlama matçlarına çıxacaq.
Oxşar xəbərlər
"Zirə" Qırğızıstan klubuna qarşı
"Kəpəz" birinci divizion komandasına qarşı
"Kəpəz" "Zaqatala"ya qarşı
“Kəpəz” Türkiyəyə yollanır?
"Kəpəz" qış hazırlıq planında hara yollanacaq?
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası