reklam
Zelim finalda uduzdu, Ömər bürünc medal qazandı -
Sportfm.az xəbər saytı

Zelim finalda uduzdu, Ömər bürünc medal qazandı -Dünya çempionatı


Bakıda cüdo üzrə dünya çempionatı davam edir.

Sportfm.az xəbər verir ki, mundialın dördüncü günündə Azərbaycanın 4 təmsilçisi mübarizə aparıb.

81 kq

Zelim Tskaev

İlk mərhələdən azad idi. O, 1/16 finalda Viktor Sterpunu (Moldova) ipponla məğlubiyyətə uğradıb. 1/8 finalda Tskayevin rəqibi Birləşmiş Ərəb Əmirliklərini təmsil edən Nuqzar Tatalaşvili olub. Zelim qələbə qazanaraq 1/4 finala yüksəlib. O, bu mərhələdə Casse Mattihasa (Belçika) qalib gələrək yarımfinala vəsiqə qazanıb. O, 1/2 finalda Abılayxan Jabanazarla (Qazaxıstan) üz-üzə gəlib və ipponla qalib gəlib.

Finalda Gürcüstan idmançısı, üçqat dünya və Avropa çempionu Tato Qriqaraşviliyə məğlub olan təmsilçimiz gümüş medalla kifayətlənib.
Ömər Rəcəbli

İlk mərhələdən azad idi. O, 1/16 finalda Sibqatullah Arabı (Beynəlxalq Cüdo Federasiyasının bayrağı altında yarışır) ipponla məğlub edib. Ömər 1/8 finalda Morodjon Yuldaşevlə (Özbəkistan) üz-üzə gəlib və qalib gəlib. O, 1/4 finalda Mihaylo Siminlə (Serbiya) görüşüb və məğlub olub. O, təsəlliverici görüşdə Naçe Herkoviçə (Sloveniya) qalib gəlib və bürünc medal uğrunda mübarizəyə qoşulub. Ömər 3-cü yer uğrunda Abılayxan Jabanazara (Qazaxıstan) qalib gələrək bürünc medala sahib çıxıb.

Oxşar xəbərlər

Zelim Tçkayev finalda - Dünya çempionatı
İki cüdoçumuz 1/4 finalda - Dünya çempionatı
Ömər Rəcəbli 1/8 finalda - Dünya çempionatı
Azərbaycan 2-ci Olimpiya qızılını qazandı
İki güləşçimiz finalda, ikisi bürünc qazandı - Dünya çempionatı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər