reklam
Sportfm.az xəbər saytı

"Neftçi"nin yeni transferi Bakıya gəldi -Tibbi müayinədən keçəcək


"Neftçi" Bolqarıstanın MOİK (Sofiya) komandasından icarəyə götürdüyü futbolçu Əhməd Əhmədov artıq Bakıdadır.

Sportfm.az xəbər verir ki, bu barədə klubun Mətbuat və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Rüstəm Allahverdiyev məlumat verib.

Onun sözlərinə görə, bolqarıstanlı hücumçu sabah tibbi müayinədən keçəcək. Allahverdiyev bildirib ki, 26 yaşlı forvardın Premyer Liqanın XVI turunun "Qəbələ" ilə ev oyununda meydana çıxıb-çıxmayacağı onun fiziki durumundan asılı olacaq və son qərarı məşqçilər heyəti verəcək.

Qeyd edək ki, "Neftçi" milliyyətcə türk olan Əhməd Əhmədovla cari mövsümün sonunadək müqavilə imzalayıb. Futbolçu ilk dəfə legioner həyatı yaşayacaq. O, Bolqarıstanın "Çernomorets" (Burqas), "Burqas", "Pomorye" və "Dunav" (Ruse) komandalarının da formasını geyinib. Əhmədov 2020-ci ilin fevralından çıxış etdiyi MOİK-də 5 qol vurub. (report)

Oxşar xəbərlər

"Neftçi" yeni transferi - VİDEO
"Neftçi"nin baş məşqçisi yeni transferdən danışdı
"Neftçi"də yeni oyunçu - RƏSMİ
"Qalatasaray" Bakıya 45 nəfərlə gəlir - 23-ü futbolçudur
"Zirə"nin yeni transferi Bakıya nə vaxt gələcək?

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər