Teymur Rəcəbov 5 görüşdə heç-heçə etdi -"Opera Euro Rapid"
Norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi şahmat üzrə Çempionlar Turunun üçüncü mərhələsində bu gün daha 5 tur oynanılıb.
Sportfm.az xəbər verir ki, "Opera Euro Rapid"də Azərbaycanı təmsil edən Teymur Rəcəbov ağ fiqurlarla Aniş Giri (Niderland) və Hikaru Nakamura (ABŞ), qara fiqurlarla isə Yan Nepomnyaşi (Rusiya), Vidit Qudjrati (Hindistan) və Danil Dubov (Rusiya) ilə qarşılaşıb.
Bütün görüşlər heç-heçə ilə yekunlaşıb.
İlkin mərhələnin oyunlarından sonra 16 şahmatçıdan 8-i pley-offa vəsiqə qazanacaq.
"Opera Euro Rapid"
7 fevral
VI tur: Teymur Rəcəbov - Aniş Giri (Niderland) - 0,5:0,5
VII tur: Yan Nepomnyaşi (Rusiya) - Teymur Rəcəbov - 0,5:0,5
VIII tur: Teymur Rəcəbov - Hikaru Nakamura (ABŞ) - 0,5:0,5
IX tur: Vidiş Santoş Qucarati (Hindistan) - Teymur Rəcəbov - 0,5:0,5
X tur: Daniil Dubov (Rusiya) - Teymur Rəcəbov - 0,5:0,5
Qeyd edək ki, Teymur Rəcəbov Çempionlar Turunun daha ikinci mərhələsində “Airthings Masters” yarışının finalında Ermənistan təmsilçisi Levon Aronyanı məğlub edərək çempion olub.
Oxşar xəbərlər
Məmmədyarov Aronyana rəqib oldu - Çempionlar Turu
Teymur Rəcəbov Aronyanla heç-heçə etdi - “Opera Euro Rapid”
Teymur Rəcəbov 5 görüş keçirəcək - "Opera Euro Rapid"
Teymur Rəcəbov qələbə ilə başladı - "Opera Euro Rapid"
Teymur Rəcəbov mübarizəyə başlayır - Çempionlar Turu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası