reklam
Hakimi vuran məşqçimizə ağır cəza -
Sportfm.az xəbər saytı

Hakimi vuran məşqçimizə ağır cəza -20 oyun


"Səbail” ın baş məşqçisinin köməkçisi Vüqar Məmməd 20 oyunluq cəzalandırılıb.

Sportfm.az xəbər verir ki,  buna onun Azərbaycan kubokunun 1/4 finalında "Sumqayıt"la cavab matçında (1:2) köməkçi hakim Cavanşir Yusifovu vurması səbəb olub. Bundan başqa, klub 16 000 (on altı min) manat cərimə olunub.

Qeyd edək ki, hadisə matçın 76-cı dəqiqəsində baş verib. "Səbail”in hücumu zamanı komandanın penalti gözlədiyi epizodda baş hakim Orxan Məmmədovun "davam” qərarı Aftandil Hacıyevin köməkçisinin narazılığına səbəb olub. Bu zaman V.Məmmədin yan xətt hakimini vurduğu bildirilib. O, qırmızı vərəqə alaraq texniki zonanı tərk edib.
V.Məmməd özü isə mediaya açıqlamasında hakimi vurmadığını, sadəcə, emosional vəziyyətdə itələdiyini deyib.

Oxşar xəbərlər

Hakimi təhqir edən futbolçuya 5 oyunluq cəza
“Sumaqayıt”ın baş məşqçisinə ağır cəza - QƏRAR
"Hakimi vurmamışam, itələmişəm" - Vüqar Məmməd
Məşqçi hakimi vurdu - Azərbaycan Kuboku
AFFA "Keşlə"ni idman direktoruna görə cəzalandırdı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər