"Rəqibin gücü hər kəsə məlumdur" -Ayxan Abbasov
"Kubok fərqli ab-havada keçir. İlk oyundakı məğlubiyyət işimizi çətinləşdirirdi".
Sportfm.az xəbər verir ki, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov Azərbaycan kubokunun 1/4 finalında "Səbail"ə səfərdə 2:1 hesabı ilə qalib gəldikləri cavab oyunundan sonra mətbuat konfransında deyib.
40 yaşlı mütəxəssis rəqibin gücünə bələd olduqlarını bildirib: "Futbolçular ilk 25 dəqiqədə bütün tapşırıqları yerinə yetirdilər. Bundan sonra topa daha çox nəzarət etməyə başladıq. İlk oyunla müqayisədə taktiki dəyişiklər etmişdik. Cabir Əmirli və Dmitri Nağıyev cinahlarda ilk hissədə daha fəal oldular. Nağıyev hücumda uğurlu çıxış edə bilərdi. Ancaq fikrimcə, müdafiədə yaxşı oynadı".
Abbasov yarımfinalda "Qarabağ"la qarşılaşacaqlarını sözlərinə əlavə edib: "İndi çempionata hazırlaşmalıyıq. Rəqibin gücü hər kəsə məlumdur. Ancaq onlara qarşı da uğurlu çıxış etməyə çalışacağıq. Bunun üçün nələrsə fikirləşəcəyik".(Report)
Oxşar xəbərlər
"Komandam layiqli qələbə qazandı" - Elmar Baxşıyev
"Rəqibi öz meydanımızda qəbul edirdik" - Qurban Qurbanov
"Çempionatı bu heyətlə başa vuracayıq" - Ayxan Abbasov
“İşimizi sırf irad üzərində qurmamışıq" - Elmar Baxşıyev
"Azarkeş olmasa da, bu, bizim üstünlüyümüzdür" - Ayxan Abbasov
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası