reklam
Sportfm.az xəbər saytı

"Gəncədə istədiyimiz nəticəni əldə etməyə çalışacağıq" -Yaşar Vahabzadə


"Komandam pis oynamadı, özünü yaxşı tərəfdən göstərdi. İkinci hissədə əks-hücumlarımız oldu ki, futbolçular bir qədər soyuqqanlı davransaydılar, epizodu qola çevirə bilərdilər".

Sportfm.az xəbər verir ki, bu sözləri "Kəpəz"in baş məşqçisi Yaşar Vahabzadə Azərbaycan Kubokunun 1/4 final mərhələsinin "Keşlə" ilə ilk oyunundan sonra mətbuat konfransında deyib.

O, 0:1 hesablı məğlubiyyəti belə şərh edib: "Heyətimiz əsasən gənc oyunçulardan ibarətdir. Onların o dərəcədə ustalıqları yoxdur. Bununla belə, komandadan razı qaldım. Futbolçularıma təşəkkür edirəm.

Açığı, penalti epizodunu görmədim. Amma təyin ediblərsə, deməli, doğru qərardır.

Y.Vahabzadə Gəncədə keçiriləcək cavab matçında yaxşı nəticə qazanacaqlarına ümid etdiyini bildirib: "Ümid sonda ölür. Özümüzə inanırıq. Bu cür oyunlar futbolçularda inam yaradır. Gəncədəki görüşdə istədiyimiz nəticəni əldə etməyə çalışacağıq".

61 yaşlı mütəxəssis 1/8 finalda "Sabah" üzərində 2:1 hesablı qələbəyə görə komandaya mükafat verildiyini də əlavə edib: "Klub rəhbərliyi sağ olsun, Gəncəyə qayıdıb məşqləri bərpa edən gün uşaqları sevindirdilər. Bu mərhələni keçsək, hər halda yenə mükafatlandırılacağıq. Əsas olan komandanın yaxşı oyun göstərməsidir. Belədə mükafat da olacaq".

Qeyd edək ki, cavab görüşü fevralın 7-də Gəncə şəhər stadionunda keçiriləcək. (qol.az)

Oxşar xəbərlər

"Özümüzü ən yaxşı tərəfdən göstərməyə çalışacağıq" - Qurban Qurbanov
"Oyun istədiyimiz kimi alınmadı" - Rəşad Sadıqov
"Cavab görüşünə ciddi hazırlaşacağıq" - Sənan Qurbanov
"Yaxşı oyun olan yerdə nəticə də olur" - Yaşar Vahabzadə
Yaşar Vahabzadə yenidən məşqçi kimi çalışacaq - özü də Gəncədə

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər