Azərbaycanlı futbolçu karyerasını bitirir -26 yaşında
"Komanda axtarıram, tapa bilməsəm, karyeramı bitirəcəyəm. Mən də belə olmasını istəməzdim. Çempionatdakı komandaların yarısında oynamışam".
Sportfm.az xəbər verir ki, bu fikirləri açıqlamasında "Səbail" klubundan ayrılan Elgün Nəbiyev deyib.
26 yaşlı yarımmüdafiəçi hazırda Türkiyənin İstanbul şəhərində olduğunu söyləyib: "Bakıda olanda gözlədim, heç bir klubdan xəbər çıxmadı. Ona görə Türkiyədəyəm. Qonşu ölkənin bölgə klubları və aşağı liqa təmsilçilərinə keçmək üçün çalışacağam. O da alınmasa, futbolla vidalaşacağam".
Nəbiyev "Sabah"dan ayrılmaqla, səhv qərar qəbul etdiyini bildirib: "Sabah"dan "Sumqayıt"a icarəyə getməklə və daha sonra "Səbail"də transfer olmaqda yanlışlığa yol verdim. Fikirləşdim ki, "Səbail"də şans qazana bilərəm, bu da olmadı".
Qeyd edək ki, Elgün Nəbiyev "Səbail", "Zirə", "Sumqayıt" və "Sabah"ın formasını geyinib. (report)
Oxşar xəbərlər
Azərbaycanlı futbolçu Polşa klubunda - Mövsümün sonunadək
3 klubumuzuun formasını geyinmiş futbolçu "Pünik"də
Azərbaycan futbolunda daha bir dəhşət - 26 yaşında futboldan gedir
Ekşteyn səviyyəsiz Premyer Liqamızda oynayacaq - "Səbail"ə transfer olundu
“Sumqayıt” daha bir futbolçu ilə müqavilə bağladı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Ordu" ilk oyununda qələbə qazandı - CEV Çelenc Kuboku
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Hakimi təhqir edən məşqçi və futbolçu cəzalandırıldı - QƏRAR
-
MOİK "Suqamyıt"la qarşılaşacaq - Yoxlama görüşü
-
Azərbaycan komandasının bayraqdarları məlum oldu - Dakar-2026
-
Türkiyə Belçikaya, İspaniya Çexiyaya qarşı - Millətlər Liqası















Misli Premyer Liqası