reklam
“Həmin oyunu da itkisiz başa vurmalıyıq” -
Sportfm.az xəbər saytı

“Həmin oyunu da itkisiz başa vurmalıyıq” -Rafael Vilela


Slovakiya ilə qarşılaşmada 4:1 hesablı qələbə qazanan Azərbaycan millisi Avropa çempionatının seçmə qrup mərhələsinə uğurlu start verdi. Əsas rəqibi üzərində üstünlük qazanan komandamızın hücumçusu Rafael Vilela həm Slovakiya ilə, həm də Yunanıstana qarşı keçiriləcək matçla bağlı açıqlama verib.

Sportfm.az həmin müsahibəni təqdim edir:

“İzləyənlər də gördü ki, biz oyuna yaxşı başladıq. Hesabı açdıq, üstəlik fərqi artırmaq üçün epizodlar yaratdıq. Əsas problem onları qola çevirə bilməməyimiz oldu. Bu azmış kimi, rəqib qol vurdu və hesab bərabərləşdi”.

Forvard görüşün çətin keçəcəyini gözlədiklərini də qeyd edib: “Matçın çətin keçəcəyini gözləyirdik, belə də oldu. Əksər futzalçılarımız uzun müddət idi meydana çıxmırdı. Üstəlik, Slovakiya da qrupumuzun iddialı komandasıdır. Onlar da birinci yer uğrunda mübarizə aparırlar və Avropa çempionatının final mərhələsinə birbaşa vəsiqə qazanmağa iddialıdır”.

Qarşıya qoyulan məqsədə nail olduqları üçün sevincli olduqlarını gizlətməyən Vilela Yunanıstana da eyni məqsədlə yollanacaqlarını vurğulayıb: “Əlbəttə, Slovakiya da meydanda gəzmirdi. Onlar da çalışdı bizi əks-hücumda yaxalasınlar. Müəyyən epizodlarda buna nail oldular. Yunanıstanla görüşdə isə buna imkan verməməliyik. Afinadakı matç da çətin olacaq. Rəqibimiz öz meydanında oynayır, onlar bizdən daha çox məşq ediblər, həm də ilk oyun həyəcanını üzərlərindən atıblar. Biz isə həmin oyunu da itkisiz başa vurmalıyıq. Çünki istəyimiz ardıcıl 6-cı dəfə final mərhələsində iştirak etməkdir”.

Oxşar xəbərlər

"Reytinq xallarımızı da artırmaq istəyirdik" - Rizvan Fərzəliyev
"Bizi çətin bir qarşılaşma gözləyir" - Millimizin üzvü
"Hazırlıq üçün az vaxtımız oldu" - Məşqçi fikirləri
"Qrupda ən çətin rəqibimiz Slovakiya olacaq" - Xətai Bağırov
“Qrupdan və rəqiblərdən razıyam” - Joze Alesio Da Silva

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər