• 14:02 Cümə axşamı
    25 Fevral 2021
SportFM.Az
  • OLİMPİZM
  • Futbol
  • Güləş
  • Voleybol
  • Cüdo
  • Boks
  • Futzal

  • Layİhə
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar
20 min kv. km-i azad edən şəhidlərə 2 metr normal qəbir yeri tapmaq olmur?

20 min kv. km-i azad edən şəhidlərə 2 metr normal qəbir yeri tapmaq olmur?

Artıq bir aydan çoxdur Qaradağda yeraltı suların cövlan etdiyi ərazidə dəfn edilmiş 17 şəhidin valideynləri övladlarının nəşinin köçürülməsi üçün döymədikləri qapı, üz tutmadıqları məmur qalmayıb.

Axırda məcbur olub Müdafiə Nazirliyinin qarşısındakı yolu bağladılar. Amma yenə nazirlik uzun müddət bu aksiyanı görməməzliyə vurdu. Nəhayət, nazir müavini, general-leytenant Kərim Vəliyev şəhid valideynlərini qəbul elədi. Nə dedi, nə demədi, bilmirəm, hər halda danışıq baş tutsaydı valideynlər yenidən qəbiristanlığa yığışmaz və hətta gecəni orda qalmazdılar.

Məşhur rus şairi Anna Axmatovanı müharibədən sonra çox incidirdilər, hətta həbs eləmək istəyirdilər. Təbii ki, şeirlərinə görə. O vaxt şairə təxminən belə bir söz demişdi:

- Berlinin küçələrində tank sürən bir dövlət indi zəif bir qadından qorxur, tankları onun sinəsində sürmək istəyir.

İndi Şuşanın küçələrində tank sürən bir Müdafiə Nazirliyi 17 şəhidin valideynlərindən qorxur və onları qəbul etmək istəmir?!

Və nəticədə həm dünya ictimaiyyətində, xüsusilə də ermənilərin qarşısında biabırçı bir vəziyyətə düşürük.

Ermənistanda Qarabağda ölmüş əsgərlərin valideynlərinin etiraz nümayişlərini, piketlərini yayımlayırıq, Ermənistan hökumətini topa tuturuq ki, ölülərinə sahib çıxmırlar.

Və özümüz belə bir hərəkətə yol veririk. Mən Ermənistan mediasını izləmirəm, yəqin ki indi onlar da bu yazıları, bu videoları yayır və bizə gülürlər.

Söhbəti çox uzatmıram, bir hadisəni xatırladım.

Ağdamda bir ayağını Berlində qoyub gəlmiş bir veteran haqqında 2 sot dövlət torpağını mənimsədiyinə görə cinayət işi qaldırılmışdı və məhkəməyə verilmişdi. Yadımda deyil, deyəsən, prokuror 3 ilə qədər həbs cəzası istəyirdi. Kəndlilərə 12 sot torpaq verilirdi, bunun həyətini yoxlayanda 14 sot çıxmışdı.

Hakim də Hüseynov idi. Müttəhimə son söz veriləndə veteran demişdi:

- Yoldaş hakim, mən Mozdokdan Berlinə qədər düz beş min kilometr məsafədə nemesləri qovmuşam. Bir ayağımı da Berlində qoyub gəlmişəm. İndi azad etdiyim beş min kilometr ərazidə nemeslərdən özümə iki sot torpaq saldıra bilməmişəm? Nə cəza istəyirsizsə verin, xoşdu.

Kəsəsi. Hüseynov həmin veteranı 300 manat cərimə eləmişdi, cəriməni də öz cibindən ödəyib veterandan prokurorun əvəzindən üzr istəmişdi.

Bu şəhidlər 20 min kv.km. ərazini işğalçılardan azad edib, indi onlara 2 metr normal qəbir yeri tapmaq olmur?

P.S. Qələm dostumuz Azər Həsrət bununla bağlı bir köşə yazıb və gözəl bir layihənin də şəklini çap edib ki, gələcəkdə həmin şəhidlərin yatdığı yer belə olacaq. Daldan atılan bir daşdı, heç topuğa da dəymir…

Aqil ABBAS,

"Ədalət" qəzeti

скачать dle 10.4 UTF-8Forex для начинающих

27-01-2021
104
REKLAM
Etketlər
#qorxur, #Berlində, #Mdafiə, #Hseynov, #dvlət, #həmin, #kələrində, #veteran, #torpaq, #qoyub, #Ermənistan, #demişdi, #qəbul, #şəhidin, #ərazidə, #hətta, #qədər, #kilometr, #ıxmışdı, #yoxlayanda
DİGƏR XƏBƏRLƏR
30-11-2020
"Ağdamda Əbülfəz Elçibəy kimi oynadım" - Aqil Abbas
22-10-2020
"Azərbaycan tarixi şansdan maksimum yararlanmalıdır" - Naci Şensoy
29-09-2020
"30 ildir bu həsrət içindəyik" - Cavid Hüseynov
22-09-2020
“Artıq Ermənistana yerini göstərməyin vaxtı gəlib çatıb” -
“Artıq Ermənistana yerini göstərməyin vaxtı gəlib çatıb” - SORĞU
27-05-2020
Maşallah Əhmədov həbs olunan icra başçısından əl çəkmir -
Maşallah Əhmədov həbs olunan icra başçısından əl çəkmir - DTX-yə ərizə yazdı
12-09-2019
Nazim Süleymanov AFFA-nın cavabını verdi
Nazim Süleymanov AFFA-nın cavabını verdi
19-06-2019
"Neftçi" hücumçusunu zorla heyətdə saxlamaq istəyir! - Məhkəmə olacaq
5-02-2019
Səfər qolu qaydası ləğv edilir
Səfər qolu qaydası ləğv edilir
23-01-2019
"O insanlara yazığım gəlir" - Kamal Quliyev
4-01-2019
"Qarabağ"da hər şey ümid etdiyim kimi olmadı" - Hannes Halldorsson
16-08-2018
Azərbaycanlı dünya çempionu:
Azərbaycanlı dünya çempionu: "Biz idmançıyıq, iş adamı yox"
19-04-2018
Məhəmməd Əlini həbs etdilər, çünki...
Məhəmməd Əlini həbs etdilər, çünki... Aqil Abbas danışır
6-02-2018
"Qarabağ"ı dəstəksiz buraxmayan Elmirin, indi özünün dəstəyə ehtiyacı var
18-12-2017
"Yol polisinin velosipedi "cərimə meydançası"na aparması düzgün deyil" - hadisə ilə bağlı ekspertin açıqlaması
22-08-2017
Pəhləvanımıza məmur əngəli - PROBLEM
Pəhləvanımıza məmur əngəli - PROBLEM
  Xəbər Lenti
Azərbaycan yığmalarının heyəti açıqlandı - Kiyev turniri üçün 25.02.2021, 13:30
Millimizin forması 56 manata - Qiymətlər endirildi 25.02.2021, 13:12
“Atalanta” – “Real” 0:1 - VİDEO 25.02.2021, 12:27
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA 25.02.2021, 12:24
Din İngiltərədə hələ çox qalacaq - Müqavilə 25.02.2021, 11:29
Həftənin ən yaxşısı adına namizədlər - Çempionlar Liqası 25.02.2021, 10:41
"Qarabağ" "Səbail"ə, "Neftçi" "Zirə"yə qarşı - Premyer Liqa 25.02.2021, 10:32
"Borussiya" - "Mançester Siti" 0:2 - VİDEO 25.02.2021, 10:30
“Tottenhem” 1/8 finalda - Avropa Liqası 25.02.2021, 09:47
BÜTÜN XƏBƏRLƏR
Azərbaycan Premyer Liqası
№ Komanda o x
1 Neftçı 15 30
2 Qarabağ 15 29
3 Zirə  15 24
4 Sumqayıt   15 22
5 Qəbələ 15 18
6 Sabah 15 14
7 Səbail 15 13
8 Keşlə 15 13
Ətraflı
27-01-2021
"Milan"ın müdafiəçisi "Latsio"da - RƏSMİ
14-02-2021
TopazAZ
TopazAZ
27-01-2021
Corcina Rodriges geyim markası yaradır -
Corcina Rodriges geyim markası yaradır - "OM by G"
27-01-2021
Premyer Liqada lider dəyişdi -
Premyer Liqada lider dəyişdi - 20-ci turda
28-01-2021
Messi yeni rekorda imza atdı -
Messi yeni rekorda imza atdı - İspaniya Kuboku
27-01-2021
"Azərbaycana təşəkkürümü bildirirəm” - Məsut Özil
14-02-2021
I divizion
I divizion
21-02-2021
"İnter" "Milan"ı məğlub etdi
30-01-2021
Azərbaycan - Slovakiya 4:1 -
Azərbaycan - Slovakiya 4:1 - VİDEO
30-01-2021
“Həmin oyunu da itkisiz başa vurmalıyıq” -
“Həmin oyunu da itkisiz başa vurmalıyıq” - Rafael Vilela
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
№ Komanda o x
1 Araz 17 51
2 Marafon 17 39
3 EKOL 17 39
4 Neftçi İK 17 36
5 Baku Fire 17 28
6 Bakı TFK  17 17
7 Premier Quba 17 14
8 Record club 17 13
9 Xızı Futzal  17 12
10 Yasamal İSK 17 5
Ətraflı
№ Komanda o x
1 Turan-Tovuz 12 28
2 Neftçi-2 13 27
3 Sabah-2 12 23
4 Zaqatala 12 22
5 Qarabağ-2 12 19
6 Kəpəz 12 16
7 Keşlə-2 13 11
8 Qaradağ Lökbatan 12 9
9 Sumqayıt-2  12 9
10 MOİK 12 6
Ətraflı
REKLAM
İdmanımız naminə Sportfm.az@gmail.com
© 2020 SPORTFM.AZ BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Ülvi Amon tərəfindən yığılıb