Nazim Süleymanov AFFA-nın cavabını verdi
Ötən gün AFFA Azad Həmkarlar İttifaqının sədri seçilən Nazim Süleymanov federasiyanın qurumla bağlı yaydığı bəyanata münasibət bildirib.
Sportfm.az xəbər verir ki, açıqlama verən Azərbaycan futbolunun əfsanəsi qanuna zidd hərəkət etmədiklərini deyib:
“Azərbaycan futbolunda çalışan 12 nəfərlə bu təşkilatı yaratdıq. AFFA-nın baş katibi Elxan Məmmədovla görüşəndə bunun gözəl təşəbbüs olduğunu demişdi.
Mərhum prezident Heydər Əliyevin qəbul etdiyi Həmkarlar İttifaqı haqqında qanunun 5-ci maddəsində deyilir ki, Həmkarlar İttifaqları dövlət orqanlarından, müəssisələrdən, siyasi partiyalardan və ictimai birliklərdən asılı olmayıb, onlara hesabat vermir.
Biz qanunla hərəkət edirik. Bizim ali qurum AFFA hesab edilir. AFFA-nın verdiyi bəyanatdan belə çıxır ki, Nikola Yurçeviç, Milan Obradoviç kimilərin həmkarlar ittifaqı yaratmağını dəstəkləyirlər.
Mən ömrümü Azərbaycan futboluna həsr etmiş şəxsəm. İki il Azərbaycanın U-19 millisində məşqçi olmuşam. Azərbaycan futbolundan heç vaxt kənar olmamışam. Bu qədər işlər görmüşük, indi xaricilər gəlib belə qurum yaratmalıdır?”
AFFA bu gün yaydığı bəyanatda AFFA Azad Həmkarlar İttifaqının federasiyanın adından istifadə etməsinin qanuna zidd olduğunu yayıb. (sportal.az)
Oxşar xəbərlər
Həmkarlar İttifaqı bəyanat yaydı - "Qələbə bizimlədir, Qarabağ Azərbaycanındır!"
Nazim Süleymanova cavab gəldi - FOTO
AFFA Nazim Süleymanovun ittihamını cavabsız qoymadı
Onların AFFA-ya aidiyyatı yoxdur Onların AFFA-ya aidiyyatı yoxdur
Nazim Süleymanov sədr seçildi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ötən mövsüm "Barselona" bu mövsüm "Real" Madrid - Gənclər Liqası
-
AFFA klubları cərimələdi - QƏRAR
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Turan Tovuz" oyuna itki ilə çıxacaq
-
Dopinqlə mübarizədə yeni mərhələ - Yeni Dehlidə WADA-nın beynəlxalq konfransı
-
Bədii üzgüçülük üzrə yeni məşqçi təyinatı















Misli Premyer Liqası