Azərbaycan Kubokunda yeni mövsümə start verilir -"Səbail" "Zaqatala"ya qarşı
Bu gün futbol üzrə Azərbaycan Kubokunda 2020/2021 mövsümü start veriləcək.
Sportfm.az xəbər verir ki, 1/8 final mərhələsində 4 matç baş tutacaq.
Qarşılaşmalar iki günü əhatə edəcək. İlk oyun günündə "Səbail" I Divizion təmsilçisi "Zaqatala"nı qəbul edəcək. Komandalar ilk dəfə ölkə kubokunda üz-üzə gəlir.
"Səbail" Premyer Liqada 13 oyundan sonra 13 xalla 6-8-ci pillələri bölüşdürür. "Zaqatal" isə I Divizionda 11 matçda 19 xal toplaya bilib və hazırda 4-5-ci sıraları bölüşdürür. 1/8 final mərhələsi bir oyundan ibarət olduğu üçün qələbə qazanan komanda 1/4 finalda "Sumqayıt"a rəqib olacaq.
Azərbaycan Kuboku, 1/8 final
24 yanvar (bazar)
15:00. “Səbail” – “Zaqatala”
Hakimlər: Namiq Bəkirov, Namiq Hüseynov, Eyyub İbrahimov, Rövşən Rəcəbov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Mübariz Hüseynov
ASCO Arena.
Qeyd edək ki, 1/8 finalın digər 3 oyunu yanvarın 25-də gerçəkləşəcək. "Turan Tovuz" "Qəbələ"ni, "Sabah" "Kəpəz"i, "Qaradağ Lökbatan" isə "Zirə"ni qəbul edəcək.
Oxşar xəbərlər
Azərbaycan kubokunda yeni mövsümə start verilir
Yeni mövsümün püşkü atıldı - Azərbaycan Kuboku
1/4 finalın son 3 iştirakçısı bəlli olacaq - Azərbaycan Kuboku
"Səbail" növbəti mərhələyə keçdi - Azərbaycan kuboku
Ölkə kubokunda ilk yarımfinalçılar kim olacaq? - YENİLƏNİR
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan cüdoçularının ilk rəqibləri bilindi - Böyük Dəbilqə
-
“Neftçi” - “Qarabağ” - START HEYƏTLƏR
-
Binə stadionu FİFA sertifikatına layiq görüldü
-
“Neftçi” uduzdu, “Turan Tovuz” qələbə qazandı - Əvəzedicilər Liqası
-
“Kəpəz” - “Sumqayıt” matçına hakim təyinatları açıqlandı
-
“Səbail”dən darmadağın - I Liqa













Misli Premyer Liqası