reklam
Millimizin üzvü Qran-priyə getmədi -
Sportfm.az xəbər saytı

Millimizin üzvü Qran-priyə getmədi -Zədə səbəbindən


Azərbaycanın sərbəst güləşçisi Əli Rəhimzadə Fransanın Nitsa şəhərində keçirilən Qran-pri turnirindən əvvəl zədələnib.

Sportfm.az xəbər verir ki, 65 kq çəki dərəcəsində çıxış edən idmançı məşqlərin birində xəsarət alıb.

24 yaşlı güləşçinin adı Qran-prinin ilkin siyahısında yer almışdı. Əli Rəhimzadə 2020-ci ildə İtaliyanın paytaxtı Romadakı Avropa çempionatında bürünc medal qazanıb.

65 kq-dakı titullu idmançı Hacı Əliyev isə Fransadakı beynəlxalq turnirdə iştirak etmək istəməyib.

Qeyd edək ki, üç gün davam edəcək yarışda ölkəni sərbəst və yunan-Roma güləşçiləri təmsil edəcək. 

Oxşar xəbərlər

Millimizin heyəti açıqlandı - Qran-pri üçün
Tanınmış güləşçilərimiz Qran-pridə iştirak etməyəcək - Fransada
Güləşçilərimiz Moskva Qran-prisinə yollandı
Yığma komandamız Qran-Pridə mübarizə aparacaq
Güləşçimiz ran-Prinin finalında

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər