reklam
Tanınmış güləşçilərimiz Qran-pridə iştirak etməyəcək -
Sportfm.az xəbər saytı

Tanınmış güləşçilərimiz Qran-pridə iştirak etməyəcək -Fransada


Azərbaycanın iki tanınmış güləşçisi Fransanın Nitsa şəhərində keçiriləcək Qran-pridə iştirak etməyəcək.

Sportfm.az xəbər verir ki, sərbəst güləş üzrə 3 qat Avropa və 3 qat dünya çempionu Hacı Əliyevlə yunan-Roma güləşi üzrə Avropa və dünya çempionu Eldəniz Əzizli Fransadakı yarışa qatılmayacaq.

Əvəzində yığmanın yeni kapitanı, sərbəst güləş üzrə olimpiya, dünya və Avropa çempionu Şərif Şərifov Fransaya yollanmağı planlaşdırır.

Qeyd edək ki, komandanın yarış üçün heyəti yanvarın 14-də açıqlanacaq. Qran-pri 15 - 17 yanvarda olacaq. Şərif Şərifov son olaraq 2019-cu ilin noyabrında ALROSA Kubokunda çıxış edib və gümüş medal qazanıb.

Oxşar xəbərlər

Olimpiya mükafatçıları çempionatda iştirak etməyəcək
Şərif Şərifov beynəlxalq turnirin qalibi oldu - Türkiyədə
Dünya və Avropa çempionumuz zədələndi - Qran-pridə
Millimizin heyəti açıqlandı - Qran-pri üçün
Yığma komandamız Qran-Pridə mübarizə aparacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər