reklam
Avropa Cüdo Birliyi Orxan Səfərovdan danışdı
Sportfm.az xəbər saytı

Avropa Cüdo Birliyi Orxan Səfərovdan danışdı


Avropa Cüdo Birliyi (EJU) Azərbaycan idmançısı Orxan Səfərovun yanvarın 11-də Dohada (Qətər) start götürəcək “World Masters” turnirində medallara namizədlərdən olduğunu açıqlayıb.

Sportfm.az xəbər verir ki, bu barədə EJU-nun saytında yerləşdirilən məlumatda bildirilib.

Həmin məlumatda qızıl medal uğrunda mübarizədə dünya reytinq siyahısına liderlik edən Manuel Lombardoya (İtaliya) üstünlük verilsə də, bildirilir ki, o, Azərbaycan cüdoçusu Orxan Səfərovdan ehtiyat etməlidir. Belə ki, M.Lombardonun ötən ilin noyabrında keçirilmiş Avropa çempionatında ilk mərhələdə məğlub olduğu O.Səfərov daha sonra turnirin qalibi olub. Bununla belə, Orxanın da yaxınlaşan püşkatma ilə bağlı narahatlıqlarının olacağı vurğulanıb. Çünki Vaca Marqvelaşvili (Gürcüstan), Barux Şmaylov (İsrail) və ya Alberto Qaytero (İspaniya) ilk mərhələdə ona rəqib ola bilərlər.

Oxşar xəbərlər

Cüdoçumuz finalda - Böyük Dəbilqə
"Məndən sonra hamıya ipponla qalib gəldi" - Orxan Səfərov
Cüdoçularımızdan uğursuz start - "World Masters"
4 cüdoçumuz mübarizəyə başlayır - "World Masters"
Ən güclü cüdoçularımız “World Masters” turnirində - SİYAHI

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər