reklam
Kərim Benzema məhkəmə qarşısına çıxacaq -
Sportfm.az xəbər saytı

Kərim Benzema məhkəmə qarşısına çıxacaq -Şantajda ittiham olunur


İspaniyanın “Real” klubunun hücumçusu Kərim Benzema məhkəmə qarşısına çıxacaq.
Sportfm.az xəbər verir ki, 34 yaşlı futbolçu hazırda Yunanıstan "Olimpiakos"unda çıxış edən Matye Valbuenanı şantaj etməkdə ittiham olunur.
İddiaya görə, Benzema 2015-ci ildə Valbuenanı intim videosunun yayılmamasından ötrü şantajçılara pul ödəyib. Şantajçılar isə həmin video qarşılığında Valbuenadan 150 min avro tələb ediblər.
Qalmaqal səbəbindən hər iki oyunçu Fransa millisinin 2016-cı il Avropa çempionatına aparılan heyətindən kənarlaşdırılıb. 
Sözügedən qalmaqala görə Benzema ilə yanaşı, daha dörd nəfər məhkəmə qarşısına çıxarılacaq.

Oxşar xəbərlər

Dani Alveş məhkəmə qarşısına çıxır - Təcavüzdə ittiham olunur
"Real" Benzema ilə müqavilə imzaladı - 2 illik
Benzema milliyə qayıdır - AVRO-2020
Benzema Ronaldonun rekordunu qırdı - 88 oldu
Millinin qapıları Benzemanın üzünə həmişəlik bağlandı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər