reklam
Millinin qapıları Benzemanın üzünə həmişəlik bağlandı
Sportfm.az xəbər saytı

Millinin qapıları Benzemanın üzünə həmişəlik bağlandı


Fransa Futbol Federasiyasının prezidenti Noel Le Qraye "Real"ın hücumçusu Kərim Benzemanın bir daha milli komandada çıxış etməyəcəyini deyib.

Sportfm.az xəbər verir ki, yerli mətbuata danışan federasiya preizdenti 2015-ci ildən milliyə dəvət almayan Benzemanın şansının olmadığını bildirib: "Benzemanın artıq millidə oynamaq üçün şansı qalmayıb. Uzun müddətdir ki, millidə yer almır. Həm də əvvəlki formasından çox uzaqdır". 

Prezident Benzema ilə Matye Valbuena arasında seks qalmaqlına münasibət bildirib: "Onlar arasında şantaj davası 3-4 ildir davam edir. Qərar çoxdan verilməli idi. Bu vəziyyət də Benzemanın işini çətinləşdirir".

Qeyd edək ki, Benzema "Fənərbaxça"da çıxış edən Matye Valbuenanın intim videolarını yaymaqla şantaj etməkdə təqsirləndirilib. Bu səbəbdən də millinin baş məşqçisi Didye Deşam Əlcəzair əsilli hücumçuya yığmanın qapılarını bağlayıb. Bu addımına görə Deşam hətta irqçilikdə günahlandırılmışdı.

Oxşar xəbərlər

Benzema "yuvaya" qayıdacaq
Benzema karyerasını "Real Madrid"də davam etdirəcək - Qərarını verdi
Benzema Madriddə qalır - Müqavilə
Benzema milliyə qayıdır - AVRO-2020
Kərim Benzema məhkəmə qarşısına çıxacaq - Şantajda ittiham olunur

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər