reklam
Güləş Federasiyasından Namiq Abdullayevə təbrik -
Sportfm.az xəbər saytı

Güləş Federasiyasından Namiq Abdullayevə təbrik -FOTO


Bu gün sərbəst güləş üzrə Azərbaycan millisinin baş məşqçisi, olimpiya çempionu Namiq Abdullayevin 50 yaşı tamam olur.

Sportfm.az xəbər verir ki, bu münasibətlə Azərbaycan Güləş Federasiyasının (AGF) prezident əvəzi Namiq Əliyev yubilyarla görüşüb və onu təbrik edib.

Sərbəst və yunan-Roma güləşi üzrə yığmaların məşqçilərinin də iştirak etdiyi görüşdə federasiyanın rəhbəri Abdullayevin güləşdə qazandığı böyük uğurlardan danışıb. Artıq onun təcrübəsindən millimizin baş məşqçisi kimi yararlandığını qeyd edərək qarşıdan gələn yarışlarda, xüsusən də lisenziya turnirlərində və Olimpiadada uğurlar arzulayıb.
Daha sonra çıxış edən yubilyar təbrikə və göstərilən diqqətə görə minnətdarlığını bildirib və geridə qalan 50 ildə üzləşdiyi çətinliklərlə yanaşı, qazandığı uğurlardan danışıb. 2007-ci ildən bu yana AGF-də baş verən kəskin dəyişikliklərdən sonra bütün problemlərin həll olunduğunu, federasiyanın diqqət və qayğısı nəticəsində Olimpiadalarda, dünya və Avropa çempionatlarında böyük uğurların qazanıldığını qeyd edib.

Xatırladaq ki, 1996-cı ildə ABŞ-ın Atlanta şəhərindəki olimpiadada gümüş, 4 il sonra Avstraliyanın Sidney şəhərində təşkil olunmuş Oyunlarda qızıl medal əldə edən Namiq Abdullayev Avropa və dünya çempionatlarında ümumilikdə 10 dəfə fəxri kürsüyə qalxıb. Avropa çempionatlarında 3 dəfə Azərbaycan himnini səsləndirən Abdullayev daha 3 dəfə dünya çempionatında gümüş medalı aktivinə yazıb.

Oxşar xəbərlər

143 medal qazanılıb - Rəqəmlər
"2020-ci ildə daha çox lisenziya qazanmalıyıq" - Namiq Əliyev
Güləşçilərimizə mükafat verildi - FOTO
"Heç vaxt olimpiya çempionu ola bilməyəcək" - AGF-nin prezident əvəzi
Millimizin yeni baş məşqçisi kim ola bilər? – Namizədlər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər