"Neftçi"də xoşbəxt deyildi" -Samir Abasov
"Bu gün komandamız məşqləri bərpa etdi. Hələlik yalnız yerli oyunçularla hazırlıq keçirik".
Sportfm.az xəbər verir ki, bu sözləri "Neftçi"nin baş məşqçisi Samir Abasov deyib. Klubun TV-sinə açıqlamasında mütəxəssis bildirib ki, yaxın günlərdə legionerlərin də komandaya qoşulacaqlarını gözləyirlər.
S.Abasov yoxlama matçları üçün rəqib axtarışının davam etdiyini söyləyib: "Ola bilər ki, birinci divizion komandalarından birinə müraciət edək".
S.Abasov onu da deyib ki, klub komandadan gedən Prins İbaranın yerinə hücumçu axtarışını davam etdirir: "Hələlik nəticə yoxdur. Bu da normaldır. Çünki indiki mərhələdə heç kim öz hücumçusunu buraxmaz. Ola bilər, kimisə icarəyə götürmək. Axtarışımız davam edir".
Samir Abasov İbaranın "Neftçi"dən getməsi barədə də danışıb: "O, burada xoşbəxt deyildi. Başa düşürdü ki, burada kiminsə yerini tutur və özünü göstərə bilməyib. Təbii ki, özü getmək istədi".
Oxşar xəbərlər
“Biz buna imkan vermərik" - Samir Abasov
Samir Abasov "Traktor"u çalışdıracaq - Təklif
"Neftçi"nin futbolçusu: Çempion olacağıq
"Bu barədə nə isə danışmaq etik olmaz" - Samir Abasov
"Yaxşı hücumçu tapsaq, alacağıq" - Samir Abasov
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Riçard Almeyda “Qarabağ”da işə başladı
-
Gülər Hüseynova finala yüksəldi - Yeniyetmələrin Yay Olimpiya Oyunları
-
“Sumqayıt”ın kapitanı Pakistan millisində
-
Lixtenşteyn – Azərbaycan matçının hakimləri bilindi - Millətlər Liqası
-
Rəhim Həsənov müahisəli epizodları şərh etdi - VİDEO
-
Yığmamız Almaniyaya böyük hesabla məğlub oldu













Misli Premyer Liqası