reklam
Sportfm.az xəbər saytı

"Yaxşı hücumçu tapsaq, alacağıq" -Samir Abasov


"İndiki məqamda kimisə göndərmək niyyətimiz yoxdur. Amma sabah hər hansı futbolçu getmək istədiyini desə, onu saxlamayacağıq. Prins İbarada da belə oldu. Burada xoşbəxt deyildi. Çempionata uyğunlaşa bilmədi. Danışdıq, getdi".

Sportfm.az xəbər verir ki, bu fikirləri açıqlamasında "Neftçi"nin baş məşqçisi Samir Abasov yarımmüdafiəçi Saman Nərimancahanın komandadan ayrılacağı ilə bağlı xəbərlərə aydınlıq gətirərkən deyib.

42 yaşlı mütəxəssis nəinki iranlı futbolçunu, heç bir oyunçunu göndərmək barədə düşünmədiyini bildirib: "Saman az oynayır deyə belə xəbərlər yazılır. Hazırda heyətdə olan bütün futbolçuların qalmasını istəyirəm".

Yeni transferlər barədə də danışan Abasov bir hücumçu almaq istədiklərini söyləyib: "Bu mövqe üçün vakansiyamız var. Bilirsiniz ki, əlimizdə yalnız bir forvard qalıb, o da Mirabdulla Abbasovdur. Namiq Ələsgərovu da qeyd edərdim, amma o, sırf hücumçu deyil. Yaxşı oyunçu olsa, götürmək istəyirik. Lakin alınmasa, dərd etməyəcək, başımıza döyməyəcəyik. Çünki hazırkı heyət bizi qane edir".

Qeyd edək ki, "Neftçi" yanvarın 4-dən 21-dək "Türk Hava Yolları Futbol Mərkəzi”ndə təlim-məşq toplanışı keçəcək. (Report)

 

Oxşar xəbərlər

"Futbolçuların fiziki durumunu oyunlarla düzəltmək istəyirik" - Samir Abasov
"Buradan gedənlər "Neftçi"ni itirdi deyə dərd etməlidir" - Samir Abasov
"Hər görüşə son oyun kimi baxacağıq" - "Neftçi"nin legioneri
"Bəzi səhvlər aradan götürməliyik" - Samir Abasov
"Neftçi"də xoşbəxt deyildi" - Samir Abasov

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər