• 03:53 Şənbə
    16 Yanvar 2021
SportFM.Az
  • OLİMPİZM
  • Futbol
  • Güləş
  • Voleybol
  • Cüdo
  • Boks
  • Futzal

  • Layİhə
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar

"İlin son oyunu dramatik, maraqlı, həm də çox çətin alındı" - “Qarabağ”ın Patriki

“Qarabağ”ın futbolçusu Patrik Andrade müsahibə verib.

Sportfm.az həmin müsahibəni təqdim edir:

Patrik, Premyer Liqada qış fasiləsinə 2-ci sırada yollandız. İlk dövrəni necə dəyərləndirirsən?

Ümumi götürsək, müsbət dəyərləndirirəm, baxmayaraq ki, çox çətin keçdi. Avroliqada oyunları öz meydanımızda deyil, ölkə xaricində keçirilməli olurduq. Hər üç gündən bir oynayırdıq, qısa zaman ərzində həm İstanbula, həm də Təl-Əvivə (İsrail) uçurduq. Sıx qrafik var idi. Buna baxmayaraq, ilk dövrəni komandamız üçün müsbət dəyərləndirərdim.

Son turda “Zirə” üzərində çətin qələbə qazandız. Oyunla bağlı fikirlərin nədir?

Həqiqətən, ilin son oyunu dramatik, maraqlı, həm də çox çətin alındı. “Zirə” yaxşı komanda təsiri bağışladı və əks-hücumlarda təhlükəli epizodlar yaratdı. Hesabda geridə olsaq da, dönüş edə bildik və ilin son oyunununda qələbə qazandıq. Son oyunda qalib gəlmək çox vacib idi. Komanda əzmkarlıq, xarakter göstərdi və nəticədə qələbə qazandıq.

“Qarabağ”dakı debütünü necə qiymətləndirirsən?

İstənilən halda, yeni çempionata gəldikdə uyğunlaşmaq üçün zaman tələb olunur. Mən də komandaya daha tez uyğunlaşmaq üçün çox çalışmalı oldum. Çox işləyəndə zəhmətinin bəhrəsini də görürsən. Daha çox komanda oyununa uyğunlaşmağa üstünlük verirəm. Tam olmasa da, nəyinsə alındığını deyə bilərəm.

Azərbaycandan əvvəl Portuqaliya və Bolqarıstanda çıxış etmisən. Bu üç ölkə futbolu arasında hansı fərqləri müşahidə edə bildin?

Sadaladığınız ölkə çempionatlarının ortabab komandalarında oynamışam. Yaxşı komandalar idi, lakin səviyyəsinə görə yüksək deyildilər. Ancaq indi ölkəsinin ən yaxşı komandasına gəlmişəm. Oyunu daim nəzarətdə saxlayan bir komandadayam, mənim üçün fərq budur. Biri var ortabab komanda üçün oynayasan, biri də var dominantlıq edən komandada olasan.

Azərbaycan Premyer Liqasında dominantlıq edən, rəqiblərinə 5-6 qol vuran “Qarabağ” Avropa arenasında bu mövsüm uğursuz çıxış etdi və turniri qələbəsiz başa vurdu. Komandanın Avroliqadakı qələbəsinə nə mane olurdu?

Burda bir çox faktorlar var. Bayaq da qeyd etdim, tez-tez səfərlərə gedirdik. Həm səfər, həm də ev oyunumuzu ölkə xaricində keçirilməli olduq. Koronavirusa yoluxan bir çox vacib oyunçularımız da oldu və bunlar da öz sözünü dedi. Premyer Liqadakı qələbələrimizə gəldikdə, mən əvvəldə də qeyd etdim, “Qarabağ” Azərbaycanın ən güclü komandasıdır, ona görə. Avroliqa isə daha fərqli, səviyyəli turnir olduğu üçün yerli çempionatdan fərqlənir və nəticə özünü göstərir.

Bolqarıstanda cəmi bir mövsüm keçirmisən. Karyeran daha çox Portuqaliya ilə bağlıdır. Orda “Qarabağ”ı necə tanıyırlar və Azərbaycanda müharibə şəraiti olarkən səninlə maraqlanırdılarmı?

Əlbəttə, “Qarabağ” son illərdə müntəzəm olaraq avrokuboklarda çıxış edir. Futbolun içində olan insanlar “Qarabağ”ı tanıyır. Mən də daha əvvəldən bu komandanı tanıyırdım. Yaxınlar, tanışlar müharibə zamanı mənimlə müntəzəm əlaqə saxlayırdılar. Onlara müharibənin bizdən uzaqda olduğunu, narahatçılığa əsas olmadığını bildirirdim. Daha sonra qələbə ilə bağlı insanların necə sevincli olduqlarını, bunu qeyd etdiklərini də onlara danışmışam.

“Qarabağ”la hədəflərin nələrdir?

“Qarabağ”dakı hədəfim mümkün qədər çox oyunlarda iştirak etmək, komandama faydalı olmaq, qol vurub, məhsuldar ötürmələr etməkdir. “Qarabağ”la əsas hədəfim çempionluq qazanmaqdır. (Komanda.az)

скачать dle 10.4 UTF-8Forex для начинающих

28-12-2020
47
REKLAM
Etketlər
#qələbə, #Premyer, #Qarabağ, #komanda, #xaricində, #keirilməli, #zaman, #etdim, #Qarabağdakı, #Portuqaliya, #bağlı, #qazandıq, #Qarabağla, #yaxşı, #mntəzəm, #uyğunlaşmaq, #gəldikdə, #mharibə, #vacib, #Komanda
DİGƏR XƏBƏRLƏR
28-12-2020
Evdə “Qarabağ”, səfərdə “Neftçi” -
Evdə “Qarabağ”, səfərdə “Neftçi” - Azərbaycan Premyer Liqası
27-12-2020
"Taktika dəyişdi və nəticələr gəlməyə başladı" - Emin Mahmudov
5-12-2020
"Azərbaycan çempionatı Avropa səviyyəsindədir" - İranlı futbolçu
29-09-2020
"Qol vursam, Haiti rəqsi edəcəyəm" - Donald Gerye
24-09-2020
“Mən hər zaman öz oyunumdan narazıyam” -
“Mən hər zaman öz oyunumdan narazıyam” - Coşqun Diniyev
18-08-2020
Azərbaycan Premyer Liqası:
Azərbaycan Premyer Liqası: "Neftçi" və "Qarabağ"dan şərikli rekord
1-08-2020
Uroş Matiç məşhur şəkildən danışdı:
Uroş Matiç məşhur şəkildən danışdı: "Bu, siyasi gediş idi"
25-10-2019
"Komandanın oyunundan çox da razı qalmadım" - Tomas Doll
30-09-2019
"Mən ona sübut edəcəyəm ki, milli komandaya layiqəm" - Ruslan Qurbanov
5-07-2019
"Yalnız "Qarabağ"da oynayacam" - Ailton Silva
4-10-2018
"Yaxşı komandaya qarşı oynadıq" - Unay Emeri
14-04-2018
Onlar hər oyuna motivasiya ilə çıxmasalar… -
Onlar hər oyuna motivasiya ilə çıxmasalar… - Qurban Qurbanov
18-02-2018
Samir Əliyev:
Samir Əliyev: Həmin oyunda heç-heçə olmasını istəyirdim
17-10-2017
Qarabağdan xəbərsiz Simeone “Qarabağ” haqda nə düşünür?
Qarabağdan xəbərsiz Simeone “Qarabağ” haqda nə düşünür?
29-08-2017
Dani Kintana:
Dani Kintana: "Elə oyunçularımız var ki, müharibə zamanı evlərini və ailə üzvlərini itiriblər"
  Xəbər Lenti
"Çelsi"nin futbolçusu Türkiyə klubunda - Detalları açıqlanmadı 15.01.2021, 21:24
“Sumqayıt”ın sabiq futbolçusu “Hapoel”də - 1.5 illik müqavilə 15.01.2021, 21:20
PSJ və “Monako” səfərdə, lider evdə qarşılaşacaq - AFİŞA 15.01.2021, 20:27
Yeni Zelandiya klubu dünya çempionatında iştirak etməyəcək - Koronavirusa görə 15.01.2021, 18:39
“Dakar” marafonunda qəza - Motoidmançı vəfat etdi 15.01.2021, 18:23
Nicat Qurbanov "Samtredia"dan niyə ayrıldı? - AÇIQLAMA 15.01.2021, 17:43
Tokio olimpiadası ləğv oluna bilər - Nazir etiraf etdi 15.01.2021, 17:30
1/8 finalın oyun cədvəli açıqlandı - Azərbaycan Kuboku 15.01.2021, 16:27
AÇ-2020-də azarkeş olacaq? - Müzakirələr davam edir 15.01.2021, 16:06
BÜTÜN XƏBƏRLƏR
Azərbaycan Premyer Liqası
№ Komanda o x
1 Qarabağ  1 3
2 Neftçi  1 3
3 Keşlə  1 3
4 Qəbələ   1 1
5 Zirə  1 1
6 Səbail 1 0
7 Sumqayıt 1 0
8 Sabah 1 0
Ətraflı
23-12-2020
“Heç nə bitməyib” -
“Heç nə bitməyib” - Nurlan İbrahimov
16-12-2020
Güləşçimiz bürünc medal qazandı -
Güləşçimiz bürünc medal qazandı - Dünya Kuboku
16-12-2020
Güləşçimiz bürünc medal üçün mübarizə aparacaq -
Güləşçimiz bürünc medal üçün mübarizə aparacaq - Fərdi Dünya Kuboku
16-12-2020
"Ferrari" "Mercedes"i üstələdi - Üç dəfə az pul ödəyəcək
24-12-2020
2020-ci ilə yekun vuruldu -
2020-ci ilə yekun vuruldu - Azərbaycan Premyer Liqası
16-12-2020
Qətər daha bir nüfuzlu yarışa ev sahibliyi edəcək -
Qətər daha bir nüfuzlu yarışa ev sahibliyi edəcək - 2030-cu ildə
26-12-2020
Hacı karyerasını bitirir -
Hacı karyerasını bitirir - "Qızıl medal qazansam, bəlkə idmanı ataram"
17-12-2020
Hacı Əliyev 1/4 finala yüksəldi -
Hacı Əliyev 1/4 finala yüksəldi - Dünya çempionundan intiqamını aldı
26-12-2020
Millimiz neçəncidir? -
Millimiz neçəncidir? - UEFA reytinqi
5-01-2021
XIV turun oyun cədvəli məlum oldu -
XIV turun oyun cədvəli məlum oldu - Premyer Liqa
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
№ Komanda o x
1 Araz 17 51
2 Marafon 17 39
3 EKOL 17 39
4 Neftçi İK 17 36
5 Baku Fire 17 28
6 Bakı TFK  17 17
7 Premier Quba 17 14
8 Record club 17 13
9 Xızı Futzal  17 12
10 Yasamal İSK 17 5
Ətraflı
№ Komanda o x
1 Turan-Tovuz 17 37
2 Səbail-2 Zaqatala 18 36
3 Zaqatala 17 35
4 Sabah-2 18 32
5 Neftçi-2 18 29
6 Kəpəz 18 28
7 Keşlə-2 17 25
8 Sumqayıt-2 17 24
9 Qarabağ-2 17 24
10 MOİK 16 19
11 Ağsu 18 13
12 Zirə-2 17 11
13 Qaradağ Lökbatan 18 7
       
Ətraflı
REKLAM
İdmanımız naminə Sportfm.az@gmail.com
© 2020 SPORTFM.AZ BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Ülvi Amon tərəfindən yığılıb