reklam
Sportfm.az xəbər saytı

"Snow Tubing" artıq Azərbaycanda-FOTO


"Snow Tubing" nədir? Sportfm.az saytının xüsusi müxbiri bu suala cavab tapmaq üçün Qax rayonunda yerləşən İlisuya yollanıb. 
Əvvəlcə onu bildirək ki, "Tubing” dağdan şarlar vasitəsi ilə aşağıya doğru sürüşmədir. Bu çox təhlükəsiz əyləncə növüdür. "Snow Tubing" ilk dəfə 1820-ci ildə Amerikada yaranıb və ildən ilə populyarlaşıb.  Azərbaycanda ilk dəfə olaraq Qax rayonunun İlisu kəndində bu növün inkişaf etməsi üçün yeni kompleks istifadəyə verilib. 
Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, "İntourist Travel” şirkətinin təşkilatçılığı ilə "Sinam” MMC tərəfindən Qax rayonunda yerləşən "İlisu Snow Tubing Park" qış-yay turizm kompleksinin açılışı mərasimi keçirilib. Tədbirdə çoxsaylı turizm şirkətləri və KİV nümayəndələri  iştirak edib. 
Birinci gün qonaqları Qax rayonunun İlisu kəndinin turizm potensialı ilə tanış ediblər. Hətta kənd əhalisinin belə turistləri qəbul etmək imkanları olduğu üzə çıxıb.  "Snow Tubing”in əsas məqsədi  Qaxda qış turizmini inkişaf etdirmək, İlisu kəndində yaşayan əhalini qış aylarında işlə təmin etməkdir.
Turun ikinci günü qonaqlar "Snow Tubing” əyləncə kompleksi ilə tanış olublar. Komplkesin mərkəzi qədim qala abidəsinin ətrafında yerləşir. "Snow Tubing”in ərazisi 4 hektardan böyükdü və 5 sürüşmə zolağı ilə təmin edilib. Zolaqların üçü böyüklər, ikisi isə uşaqlar üçün nəzərdə tutulub.
 "Snow Tubing” qış aylarında ekstremal idman növlərini sevənlər üçün ən ideal əyləncə növüdür.
 


Oxşar xəbərlər

Azərbaycanda bir ilk - Xizək alpinizmi üzrə Dünya Kuboku keçiriləcək
Bakıda qapalı buz meydançası istifadəyə veriləcək - AÇIQLAMA
“Land of Fire” komandası dünya kubokunda üçüncü oldu - FOTO
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xətai rayonunda salınan idman-əyləncə park kompleksinin açılışında iştirak ediblər - FOTO
Rio Olimpiadasına görə 6.2 milyard dollar qazandılar

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər